GERİYƏ
Avtofayda 695

Burada hansı nəqliyyat vasitəsinə hərəkət qadağandır?

Tural Yusifov


Bu gün yenə nizamlayıcının siqnalları ilə bağlı testi həll edəcəyik. Təcrübə göstərir ki, bizim sürücülər və sürücülüyə namizədlər heç də rahatlıqla nizamlayıcının siqnallarını yadlarında saxlamırlar. İndi isə keçək suala

cümə, 11 sentyabr 2020

Burada hansı nəqliyyat vasitəsinə hərəkət qadağandır?

Cavab variantları:

1) Yalnız skuterə

2) Yalnız minik avtomobillərinə

3)Yalnız boz avtomobilə

4) Yalnız göy avtomobilə

5) Göy avtomobil və skuterə

6) Bütün nəqliyyat vasitələrinə

 

Diqqətlə baxın və variantlardan birini seçin.

 

İndi isə vəziyəti təhlil edək. Bu şəkildə 3 nəqliyyat vasitəsi nizamlanan yolayrcına daxil olurlar.

  • Boz avtomobil sola dönür
  • Göy avtomobil düzünə hərəkət edir
  • Skuter də düzünə hərəkət edir

Yolayrıcında işləyən svetofor var. Amma nizamlayıcının olması svetoforun siqnallarını qüvvədən salır. O, yolayrıcında sağ əlini irəli uzadaraq dayanıb. Bu jestin mənasını bilmək üçün qanuna baxmalıyıq.

 

Sağ əl irəli uzadılıb. Sol tərəfdən yaxınlaşan tramvaya sola, relsiz nəqliyyat vasitələrinə bütün istiqamətlərdə hərəkətə icazə verilir. Sinə tərəfdən gələn bütün nəqliyyat vasitələrinə yalnız sağa getməyə icazə verilir. Sağ tərəfdən və arxa hissədən gələn nəqliyyat vasitələrinə hərəkət qadağandır. Piyadalara yalnız nizamlayıcının arxa hissəsindən hərəkət etməyə icazə verilir (YHQ 58-ci maddə).

İndi isə hər bir sürücü üçün situasiyanı ayrıca şərh edək. Göy rəngli avtomobilin sürücüsü sağ tərəfdən gəlir. Bu o deməkdir ki, ona hərəkət qadağandır. Boz rəngli avtomobilin sürücüsü sinə hissədən gəldiyi üçün o, yalnız sağa dönə bilər. Motosikletçi isə bütün istiqamətlərdə hərəkət edə bilər. Beləliklə, doğru cavab 4-dür.