GERİYƏ
Avtofayda 643

Bu qəzada günahkar hansı sürücüdür?

Tural Yusifov


Bu dəfə də sizinlə birlikdə biq əzanı təhlil edəcəyik. Azərbaycanda baş verən qəzaların bir çoxu məhz yolayrıclarının düzgün keçilməməsinə görə olur. Bu səbəbdən nizamlanmayan yolayrıcının keçilməsi qaydasının pozulması ilə bağlı bir situasiyaya diqqət edək.

bazar ertəsi, 14 sentyabr 2020

Burada nizamlanmayan yolayrıcıdır. Hər iki avtomobil ikinci dərəcəi yoldan yaxınlaşır. Yaşıl rəngli avtomobil sola, sarı rəngli avtomobil isə sağa dönür. Hərəkət trayektoriyaları kəsişdiyi üçün qəza baş verir. Bu qəzada günahkar hansı sürücüdür.

 

1. Sarı

2. Yaşıl

3. Hər ikisi

Gəlin ilk olaraq yaşıl rəngli avtomobildən başlayaq.

Yaşıl rəgli avtomobilin sürücüsü ikinci dərəcəli yoldan yaxınlaşdığı üçün o, qarşıdan və sağdan gələn avtomobillərə yol verməlidir. Qaydalara əsasən o, artıq bir avtomobili buraxıb.

Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir.

Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar.

Bu qəzada yaşıl rəngli avtomobilin sürücüsü günahkar sayıla bilərdi, əgər sarı rəngli avtomobilin sürücüsü dönməni dorğu yerinə yetirsəydi.

Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır.

Sarı rəngli avtomobilin sürücüsünün sağ tərəfində təhlükəsizlik adacığı var. O, öncədən sağa dönməni planlayırdısa, bunun üçün o, təhlükəsizlik adacığının sağından keçməli idi. Amma bu situasiyada o, qaydaları pozduğu üçün günahkar hesab edilir.