GERİYƏ
Avtofayda 938

"Yalnız düzünə" nişanından sağa parklanma zonasına dönmək olarmı?

Tural Yusifov


Sarı rəngli avtomobilin sürücüsü parklanmaq üçün yer axtarır. Parkinq zonasına dönmək istəyir və oradakı nişan ona yalnız düzünə getməyi əmr edir. Sizcə sürücü buraya dönə bilərmi?

cümə, 18 sentyabr 2020

Beləliklə burada parking nişanı və əlavə məlumat lğvhəciyi quraşdırııb. Sadəcə dönüb saxlamaq lazımdır. Lakin burada həmçinin 4.1.1 "yalnız düzünə" nişanı da quraşdırılıb. Və bu niuşan düz parkinqə girişdə quraşdırılıb. 

 

İlk olaraq nişanları təhlil edək. Parkinq və əlavə məlumat lğvhəciyi parkinqi və oraya qədər məsafəni bildirir. Amma 4.1.1 nişanı isı sürücüyə yalnız düzünə getməyi əmr edir. 4.1.1 nişanı m

cburi hərəkət nişanları kateqoriyasına aiddir. Bu nişanın məcbur etdiyi istiqamətlərdə hərəkət etmək lazımdır. İctimai nəqliyyat xaric. Çünki  nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.

Əslində isə sarı rəngli avtomobilin sürücüsü bu nişana əmıl eməyə bilər. 4.1.1 nişan həyətlərə və yola bitişik digəərazilərə girməüçün sağa dönməyi qadağan etmir. İlk yolayrıcına qədər qüvvədə olsa da, birləşə ərazilərə dönməni qadağan etmir. Bu ö deməkdir ki, sarı rəngli avtomobilin sürücüsü yanacaq doldurma stansiyaları, həyətlər və hətta parkinqlərə belə dönə bilər.