GERİYƏ
Avtofayda 1894

Təcili sağa dönməliyəm. Üç zolaqdan dönmək olarmı?

Tural Yusifov


Çox güman bu cür situasiyalarla yolda rastlaşmısınız. Sol zolaqla gedən sürücü birdən bir neçə zolağı kəsərək sağa dönür və ya sağ zolaqla gedən sürücü sol zolağa anidən dönmə edir. Qaydalara əsasən bu cür etmək olarmı? Ümumiyyətlə bu cür manevr edən sürücüləri hansı cəza gözləyir?

çərşənbə, 25 noyabr 2020

Bu cür vəziyyətlər çox tez-tez yaranır və çox zaman qəza ilə müşayət edilir. Bu cür manevr etmək çox təhlükəlidir. Amma çox təəsüf ki, qaydalarda bu cür zolaq dəyişmə qadağası yoxdur. Hətta çox qısa zamanda zolaqlar dəyişilirsə, yenə də buna qadağa yoxdur. Əsas məsələ bu manevr 1.1 xətti başlayana qədər həyata keçirilə bilər. Bəzən YPX inspektoru sürücünü saxlayaraq: "eyni anda bütün zolaqları kəsib keçmək olmaz" deyir. Əslində isə qaydalara əsasən sürücü bu cür manevr edərkən yalnız 1 məsələyə diqqət etməlidir. Bu eyni istiqamətdən gələn nəqliyyat vasitələridir. Qaydalara əsasən sürücü yerdəyişmə etdikdə eyni istiqamətdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. Eyni anda yerdəyişmə olursa, bu zaman sağdakı nəqliyyat vasitəsi üstünlük hüququna malikdir. Qadağanedici nişanlanma xətti və ya nişan yoxdursa, eyni istiqamətdən gələn nəqliyyat vasitələrini buraxaraq bu cür manevr etmək olar.

Yollarda ehtiyyatlı olun!