GERİYƏ
Avtofayda 1277

Düz gedəcəksiniz. Yol kimindir?

Tural Yusifov


Bizim qarşımızda nizamlanan yolayrıcıdır. Avtobus sürücüsü yolayrıcından döndükdən sonra sol zolağa keçmək istəyir. Minik avtomobili düzünə hərəkət edəcək. Bu zaman o, avtobusa yol verməlidirmi?

cümə, 27 noyabr 2020

Çoxlarınız yəqin ki, Neftçilər pr-i Niyazi küşəsinin kəsiməsindən keçmisiniz. Oradada da eyni situasiyadır. Neftçilər pr-i ilə hərəkət edən sürücülər svetoforun əlavə seksiyasından dönərkən sodan Azneft dairəsi deyilən istiqamətdən gələn nəqliyyat vasitələrinə yol vermirlər. Bu sualın misalında izah edək.

Qırmızı rəngli avtomobilin sürücüsü svetoforun əlavə seksiyasından düzünə hərəkət edir. 

Bu zaman YHQ 76-cı maddəsinə baxırıq:

Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir.

Beləliklə, qırmızı rəngli avtomobilin sürücüsü avtobusa yol verməlidir. Eyni məsələ Azneft dairəsi istiqamətindədir. Neftçilər pr-dən sağa əlavə seksiya üzrə dönənlər soldan gələn nəqliyyat vasitələrinə yol verməlidirlər.

Yollarda ehtiyyatlı olun!