GERİYƏ
Avtofayda 1058

Buradan geriyə dönmək olarmı?

Tural Yusifov


Sürücülərimizin bir çoxu qırıq xəttlər olduğu yerdən geriyə dönməyə cəhd edirlər. Əgər ərazidə YPX əməkdaşı və ya bu hadisəni qeydə alana kamera yoxdursa, o zaman geriyə dönmə "uğurla" həyata keçirilir.

bazar ertəsi, 30 noyabr 2020

Belə bir situasiyaya baxaq. Siz gəlirsiniz və qarşınızda qırıq xətt var. Və buradan geriyə dönmə manevrini həyata keçirmək istəyirsiniz.

A) Dönə bilərsiniz

B) Avtobusa mane olmadan dönə bilərsiniz

C) Avtobus yoxdursa, dönə bilərsiniz

D) Dönə bilməzsiniz

Belə baxanda əslində ideal bir yol şəraitidir. Qırıq xətt var, avtobus dayanacağı boşdur, yaxınlaşan nəqliyyat vasitəsi yoxdur. Bəs geriyə dönməni nə qadağan edir?

YHQ 42-ci maddə, XII bənd, 6-cı yarım bənd:

ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə geriyə dönmək qadağandır.

Baxmayaraq ki, burada qırıq xəttlər var burada avtobus dayanacağı oldğuna görə geriyə dönmək qadağandır.

Yollarda ehtyyatlı olun!