GERİYƏ
Avtofayda 1614

İrəlidə tıxacdır, siz sola dönməlisiniz. Burada qayda pozan kimdir?

Tural Yusifov


Tıxaca düşən minik avtomobilinin sürücüsü bu cür manevr edə bilərmi? Yük avtomobili qarşısında "Yol ver" nişanı olduğu üçün gözləməlidir. Sizcə qayda pozan hansı sürücüdür?

cümə axşamı, 03 dekabr 2020

Minik avtomobilinin sürücüsü nə etməlidir?

A) Yük avtomobilini gözləməlidir

B) Yük avtomobili gözləməlidir

C) Bu cür manevr edə bilməz

YHQ -na əsasən əks istiqamət üçün nəzərdə tutulmuş, tramvay yolları, ayrıcı zolaq, 1.1 xətti, sol tərəfə düşmüş 1.3 və 1.11 nişlanma xəttini kəsib keçmək olmaz. Minik avtomobilinin sürücüsü bu cür manevr etməklə qaydaları pozur. Bu zaman ona İXM 327.4-cü maddəsi ilə cərimə tətbiq edilir. 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə

100 manat cərimə və 4 cərimə balı ilə cərimələnəcək.

Yollarda ehtiyyatlı olun!