GERİYƏ
Avtofayda 1373

Kim tez tərpəndi, o da birinci gedir. Qaydalarla necədir?

Tural Yusifov


Kimsə yol verməlidir. Amma kim? Qaydalarda bununla bağlı müddəa var. Ancaq çox az şəxs bu barədə xatırlayır.

çərşənbə axşamı, 08 dekabr 2020

Mavi rəngli avtomobilin duracaqdan çıxır. Eyni anda sarı rəngli avtomobilin sürücüsü hərəkət edir. Kim kimə yol verməlidir?

Qaydalar mavi rəngli avtomobilin sürücüsünə bu cür manevr etməyi qadağan etmir. Sadəcə qaydalarda nəzərdə tutulan məqama diqqət etmək lazımdır.

Əgər hərəkət ardıcıllığı qaydalarda nəzərdə tutulmayıbsa, sürücülər öz aralarında razılığa gəlməlidirlər.

Burada mavi rəngli avtomobilin sürücüsü sarı rəngli avtomobilin sürücüsünə mane olmursa, o bu cür manevr edib hərəkəti davam etdirə bilər. Eyni məsələ sarı rəngli avtomobilin sürücüsünə də aiddir.