GERİYƏ
Avtofayda 1137

Mən dönürəm, o, isə düz gedir. Yol hərəkəti ilə bağlı elementar test.

Tural Yusifov


İctimai nəqliyyat xüsusi ayrılmış zolaqla hərəkət etdikdə üstünlüyə malikdir? Ilk baxışdan cavab vermək bəlkə də çətindir. Bəs siz bu situasiyada nə edərdiniz?

çərşənbə, 09 dekabr 2020

Avtobus zolaqları Bakı şəhərində olsa da, hələlik tam olaraq fəaliyyət göstərmir. Adi avtomobillərə həmin zolağa daxil olmaq qadağandır. Bəs sizin hərəkət trayektoriyanız xüsusi hərəkət zolağı ilə kəsişdikdə nə etməli? Bu şəkildə hansı nəqliyyat vasitəsinin üstün olacağını bilirsiniz?

Troleybus və avtobusun xüsusi hərəkət zolağı ilə hərəkətini idarə etmək üçün ağ rəngli, 4 işıqlı "T" şəkilli svetofor quraşdırılıb.

Bir çox sürücülər bu svetoforun rənglərinə fikir vermirlər. Çünki şəhərimizdə rast gəlinmir. Amma onun işıqlarına fikir versəniz bu situasiyada üstün olan sürücünü müəyyən edə bilərsiniz.

Yanan 3 ağ işıq troleybusa hərəkəti qadağan edir.  Ona görə minik avtomobilinin sürücüsü birinci keçəcək.

Yollarda ehtiyyatlı olun!