GERİYƏ
Avtofayda 948

Kəsişmədə quraşdırılan nişan haraya qədər qüvvədədir?

Tural Yusifov


"AvtoStop" verilişinin votsap nömrəsinə çoxlu sayda suallar gəlir. Onların bir çoxuna efir zamanında cavab vermək mümkün olsa da bəzilərinin cavablandırmağa imkan tapmırıq. Bu kimi sualların cavablarını saytımızda və Telegram kanalımızda cavablandırırıq.

bazar ertəsi, 01 fevral 2021

Dinləyicimizin sualı belədir:  Sumqayıt şəhərində  Sülh və N.Nərimanov küçələrinin kəsişməsində 4.1.4  nişani quraşdırılıb. Men o yolda birinci kəsişmədən sonra sola dönmüşəm. Mənə cərimə düsürmü?
Bunun üçün qanuna baxmaq lazımdır.  YHQ Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları.

III. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. 

IV. 4.1.1—4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir.

Əgər sürücü göstərilmiş istiqamətdə dönürsə, ilk olaraq məcburi hərəkət nişanlarına göz atmalıdır. İkinci bir məsələ isə ərazidə zolaqlar üzrə hərəkət nişanı və ya nişanlanma xəttləri varmı? Çünki zolaqlar üzrə hərəkət istiqaməti nişanları bütün yolayrıclarına aiddir və kəsişmədən sonra qüvvədən düşmür. Əgər yolayrıcında başqa nişanlanma yoxdursa, yol səki ilə ayrılırsa, bu zaman məcburi hərəkət nişanı birinci kəsişməyə qədər qüvvədə olur və oradan sola dönmək olar. Əgər yol nişanlanma xətti ilə ayrılıbsa, bu zaman sola dönmək qadağandır. Əgər yolayrıcında zolaqlar üzrə hərəkət istiqaməti nişanı və ya nişanlanma xətti varsa və həmin nişan düzünə getməyə istiqamət verirsə, sola dönmək olmaz.

 

 Telegram kanalımız