GERİYƏ
Avtofayda 350

Elə düşünür ki, qırmızıda keçmədi (video)

Tural Yusifov


Bu günlərdə izləyicilərimizdən biri avtomobilinin videoregistratoruna düşən bir qayda pozuntusunu bizə göndərib. Videoda ağ rəngli avtomobilin qayda pozması təsvir edilib.

cümə axşamı, 04 fevral 2021

Bəzən sürücülər elə bilirlər ki, svetoforda dayanan zaman istənilən hərəkəti etmək olar. Dəfələrlə svetoforun son saniyəsində qırmızıda keçən, 1.1 xətini tapdalayaraq manevr edən sürücülərə rast gəlmək olar. Bu videoda da Şəmsi Bədəlbəyli küçəsində qayda pozan sürücünu görürük. O, sağ kənar zolaqdadır. Daha sonra 1.1 xəttini kəsir, STOP xəttini arxada qoyur və piyada keçidinin üzərində dayanır. Bu azmış kimi daha sonra svetoforun qırmızı işığında hərəkəti davam etdirir. Sürücü svetoforun qadağan edici siqnalında keçənə qədər iki qayda pozuntusu edir. Cərimələri 40+40=80 manat. Daha sonra isə qadağanedici siqnalda hərəkətə başlayır. 60 + 3 bal. 

İnzibati Xətalar məcəlləsinin 34-cü maddəsinə nəzər salaq:

Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.

Bu maddədən çıxış edərək bu sürücüyə 60 manat + 3 cərimə balının yazılacağını yəqin edə bilərik.