GERİYƏ
Avtofayda 745

Nizamlayıcının bu siqnalı ilə kim və hara hərəkət edə bilər?

Tural Yusifov


Bu situasiyada sürücülər hansı istiqamətlərdə hərəkət edə bilərlər?

çərşənbə, 10 fevral 2021

1) Yalnız göy avtomobilin sürücüsü sol istiqamətdə

2) Yalnız göy avtomobilin sürücüsü sol və geriyə istiqamətdə

3) Hər iki sürücüyə hərəkətə icazə var

4) Hər iki sürücüyə hərəkət qadağandır

Bir çox sürücülüyə namizədlər praktiki olaraq nizamlayıcını ancaq imtahandan sonra ayda bir dəfə görürlər. Bu praktikanın azlığı nəticəsində nizamlayıcının əmrləri unudula bilər. Praktika azlığı isə bizi məsuliyyətdən azad etmir. Ona görə nizamlayıcının əmrlərini diqqətlə analiz edək. 

Şəkildə inspektor avtomobillərə sol çiyni tərəfdən durub. Sağ əli ilə isə jezli irəli uzadıb.

YHQ 58-ci maddəyə əsasən nizamlayıcının əli irəli uzadılıbsa, onun solundan gələn nəqliyyat vasitələri bütün istiqamətlərdə hərəkət edə bilərlər. Svetoforun qırmızı işığının yanması heç nəyi dəyişmir. 

YHQ 60-cı maddə: Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər.

 

Ola bilərki bir çoxlarınız qara avtomobilin sola dönməsinə şübhə ilə yanaşasınız. Çünki bu zaman nizamlayıcının arxasından hərəkət etmişı kimi görünəcək. Qaydalara əsasən nizamlayıcının arxasından hərəkət qadağandır.  Qanun deyir ki:

“Müəyyən istiqaməüzrə hərəkət” siqnalı nizamlayıcının sinə və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin və piyadaların hərəkətini qadağan edir

Bu situasiyada isə arxa tərəfdən gəlmək yoxdur. Nəticədə inspektorun bu əmri hər iki nəqiyyat vasitəsinə hərəkətə icazə verir. Doğru cavab 3-dür.