4
4
cümə axşamı, 01 yanvar 1970
4
Bizim yollarda reversiv hərəkət olmasa da, imtahanda bu mövzuda suallar düşür. Həmçinin, gələcəkdə bizim də küçələrimizdə reversiv hərəkət təşkil edilə bilər.
cümə axşamı, 11 fevral 2021
Hərəkət edən nəqliyyat vasitələrinin zolaqlarından yalnız orta zolaq boşdur. Lakin bu zolaq reversivdir. Qırmızı rəngli avtomobilin sürücüsü ora dönməklə qaydaları pozurmu?
A) Dönüb sonra dərhal zolağı dəyişmək lazımdır
B) Onunla sola hərəkətə icazə varsa, dönmək olar
C) Olmaz
Qaydalara əsasən reversiv hərəkət olan yola döndükdə sürücü sağ kənar zolağı tutmalıdır. Daha sonra bu istiqamətdə hərəkətə icazə verildiyinə əmin olduqdan sonra yerdəyişmə edə bilər.
YHQ 69-cu maddə - Qarşılıqlı hərəkət svetoforları söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağ tərəfə yerdəyişmə etməlidir.
Bu o deməkdir ki, doğru cavab C bəndidir. Əgər sürücü qaydaların əksinə hərəkət edərsə, bu zaman yolun hərəkət hissəsində yerləşmə qaydalarının pozulması ilə cərimələnəcək. İXM 327.1-ci maddə 40 manat cərimə.