GERİYƏ
Avtofayda 711

Burada harada dayanmaq olar?

Tural Yusifov


Yol kənarına nişanlanma xətti çəkilməyib. Ona görə bütün diqqətimiz nişana yönəldilməlidir.

cümə, 12 fevral 2021

Burada dayanmaq olarmı?

A) Istənilən yerdə etmək olar

B) Yalnız B-də

C) Yalnız A və C -də

D) Yalnız B və C

Qaydalara əsasən 3.27 "Dayanmaq qadağandır" nişanı quraşdırıldığı yerdən ən yaxın yolayrıcına qədər qüvvədədir. Əgər yolayrıcı yoxdursa, yaşayış məntəqəsinin sonuna qədər qüvvədə olur. Belə çıxır ki, A və B zonasında park etmək qadağandır? Biz 3.27 nişanının altındakı əlavə məlumat lövhəciyinə də diqqət etməliyik. Bu əlavə məlumat lövhəciyi nişanın qüvvədə olduğu yeri göstərir. Demək A zonasında saxlamaq olmaz. B və C zonalarında dayanmağa icazə var.