GERİYƏ
Avtofayda 1381

Burada hansı sürücülər qaydanı pozur?

Tural Yusifov


Qarşımızda dairəvi hərəkət təşkil edilmiş yolayrıcıdır. Bu yolayrıcında hansı sürücülər qaydaları pozurlar?

bazar günü, 14 fevral 2021

Burada hansı sürücülər qaydanı pozur?
A) 1,3,4
B) 2,1,4
C) 1,2,3
D) 1,4,5
 
Burada ilk əmin olacağımız məsələ yolayrıcında dairəvi hərəkətin təşkil edilməsidir. Yolayrıcında quraşdırılmış 4.3 nişanı məzh buna işarədir. Bunu niyə bilməliyik?
YHQ 42-ci maddə: Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdəəvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır.
Bu zaman belə çıxır ki, 2 və 5 nömrəli avtomobillər qaydanı pozmurlar? Əlbəttə belə deyil. 
Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdəçıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir.
 
2 nömrəli avtomobilin sürücüsü dairəvi hərəkətdə sağ zolağa keçə bilər. Amma o, sol zolağa dönür. Bu isə qanuna ziddir. 5 nömrəli avtomobilin sürücüsü isə qaydaları pozmur. 
İndi isə digər sürücülərə keçək. Bu zaman yenə qaydalara baxmaq lazımdır. Dairədən çıxan zaman mütləq sağ kənar zolaqla çıxmaq lazımdır. 1 və 3 nömrəli avtomobillərin sürücüləri qaydaları pozurlar. Nəticədə qaydanı pozmayan yalnız 4 və 5 nömrəli avtomobilləri sürücüləridir.