GERİYƏ
Avtofayda 681

Hərəkət hansı ardıcıllıqla olacaq?

Tural Yusifov


«Baş yol» nişanı, «sağ əl» prinsipi ... İlk baxışdan hər şey aydın görünür. Amma bir neçə nüans var ki, sürücülər bunu unudurlar.

çərşənbə axşamı, 16 fevral 2021

Burada hansı hərəkət ardıcıllığı olacaq?

A) Tramvay, yük avtomobili, minik, avtobus

B) Yük avtomobili eyni anda tramvay və minik, avtobus

C) Eyni anda tramvay və minik, yük avtomobili, avtobus

 

Avtobus burada yeganə nəqliyyat vasitəsidir ki, ikinci dərəcəli yoldadır. Ona görə o hamıdan sonda getməlidir. Baxmayaraq ki, yük avtomobili sağdan yaxınlaşır, amma qaydalar əsasən relsli nəqliyyat vasitəsi relssiz nəqliyyat vasitəsindən üstünlüyə malikdir (YHQ 77-ci maddə). 

Minik avtomobilinin sürücüsü isə eyni maddəyə əsasən sağdan gələn nəqliyyat vasitəsinə yol verməlidir deyə, o, yük avtomobilini gözləməlidir. Bu qaydalara əməl etməmək İXM 327.2-ci maddə ilə 60 manat cərimə və 3 cərimə balı ilə cəzalandırılır. Doğru cavab "A" bəndidir.