GERİYƏ
Avtofayda 1187

Hansı zolaqla hərəkəti davam etdirmək lazımdır?

Tural Yusifov


Sol zolaqla hərəkət etmək qadağan deyil. Ancaq bir məsələ də var ki, hər zaman bu belə deyil.

cümə axşamı, 18 fevral 2021

Hansı zolaqla hərəkəti davam etdirmək lazımdır?

A) Yalnız A

B) Yalnız B

C) Hər ikisi ilə

Çox diqqətli olsaq bu sualın cavabını tapa bilərik. Qanun deyir ki, yaşayış məntəqələrindən kənarda, 5.1 (Avtomagistral) və 5.3 (Avtomobil yolu) nişanı qoyulmuş ərazilərdə sürücülər mütləq sağ zolağı seçməlidirlər. Amma 5.3 nişanının altındakı əlavə məlumat lövhəciyi bu yolun 500 metr sonra başlayacağına işarə edir. Bu o deməkdir ki, sürücü istənilən zolaqla hərəkət edə bilər?

Bəli, ancaq yaşayış məntəqəsində. Burada isə yaşayış məntəqəsinin adı göy fonda yazılıb. Bu o deməkdir ki, burada yaşayış məntəqələrində qüvvədə olan qanun işləmir. Ona görə sürücü yaşayış məntəqəsindən kənarda olduğu üçün mütləq sağ zolağı seçməlidir.