GERİYƏ
Avtofayda 3610

Buradan ilk kim keçməlidir? Bir çoxları səhv edir.

Tural Yusifov


Bizim yollar üçün tipik dürtülmə situasiyası. Sürücülərin qarşısında "Yol ver" nişanı var. İndi onlar nəinki, bu nişana əməl etməli, həm də öz aralarında pioriteti müəyyən etməlidirlər. Çünki yol daralır.

bazar günü, 04 aprel 2021

İlk olaraq kim keçməlidir?

A) Minik avtomobili

B) Yük avtomobili

Yolun quruluşu bizə imkan vermir ki, hansı zolağın bitdiyini müəyyən edək. Sürücülər çaşmasın deyə hansı zolağın daraldığını müəyyən etmək üçün 5.15.5 nişanı quraşdırılıb. Nişana uyğun bilirik ki, sağ zolaq daralacaq. Deməli, bu zolaqla gedən sürücü yerdəyişmə etməlidir. Manevri edən zaman isə eyni istiqamətdən gələn nəqliyyat vasitəsinə yol verməlidir.

Doğru cavab A bəndidir.