GERİYƏ
Avtobaz 1067

Yeni Jeep Compass (2017) - Test-drive


Jeep Compass - bu “kavboy”un ikinci nəslidir. Mənim onunla ilk tanışlığım Cenevrə avtoşousubda baş verdi. Avtomobil payız-qış mövsümünə tam hazır vəziyyətdədir. Tam ötürücü və avtomat sürətlər qutusu artıq baza komplektasiyasına əlavə edilib.

bazar ertəsi, 02 oktyabr 2017

compass1

Compass gənc həmkarları arasında kütlədə seçilən “kovboy”a bənzəyir.

Belə bir söz var: geyimə görə qarşılayıb, ağlına görə yola salırlar. Elə bil bu sözü "Compass"ın 2006-cı ildə istehsal edilən 1-ci nəsli  haqqında deyiblər. Şərəfli yolsuzluq ailəsinin bir nümayəndəsi kimi çox cılız və zəif görünürdü. Elə bu səbəbdən satışda uğursuzluğa "nail" oldular. Amma öz aramızdır "Compass" pis hərəkət etmirdi. Həmin il üçün salonu da pis deyildi. Təəsüf ki, gecikmiş restaylinq də ona kömək etmədi. Artıq reputasiya korlanmışdı.

2-ci nəsil "Jeep Compass"ın xarici görkəminin yenilənməsi üçün çox iş gördülər. Avtomobilin iri gövdəsi onu hiss etmək üçün gözəl hazırlanıb. Avtomobilin dizaynı Kris Pisçelliyə məxsusdur. Avtomobil artıq "möhkəmdir". "Jeep" necə olmalıdırsa, elədir. Hətta xarici görkəminə görə onu "Grand Cherokee" ilə qarışdırmaq olar. Deməli "Compass"ın "əqrəbləri" düzgün istiqamət alıb.

Avtomobilin içərsinə keçdikdə isə…. Salon artıq köhnə üslubda işlənmiş sayıla bilər. Erqonomika problemləri çoxdur. Mərkəzi alətlər panelini o qədər aşağıda yerləşdiriblər ki, gəl indi əliniz uzat. Klimat kontrol,parlaq alətlər paneli idarəetmə zamanı rahat deyil.

Əlcəkqabı çox kiçikdir. Heç uşağın iş dəftəri belə yerləşməz. Bunların hamısı ilə razılaşmaq olardı, lakin oturacaq ilə...

Oturacaqların kənarı düz və sürüşkəndir. narahat oturacaqları var. Aşağı ətrafların nizamlanması belə vəziyyəti xilas etmir. Amma oturacaq isidilməsi və ventilyasiyası tərəzinin müsbət gözünə bir xal əlavə edir.

Ön panel normal görüntüyə malikdir. buludlu havada oxunur. Amma günəşli havada niyəsə görə çox parıltı verir.

Grand Cherokee-də olduğu kimi avtomobilin güc göstəricilərini real vaxtda ekrana çıxartmçaq mümkündür.

Əlcəkqabı o qədər dardı ki, məktəbli penalına oxşayır.

Salonun interyeri  "Cherokee"nin 2013-cü il üslubunda hazırlanıb.  

"Selec-Terrain" sistemi adi "Compass"da 4 paket ayarlaması təklif edir.

Yolsuzluq rejimi  "Rock", enişi düşmə köməıkçisi əlavə edilib.

 

Oturacaqların dərisis çox sadədir. Qapılar dəri əvəzləyici ilə örtülüb. Plastik müxtəlif fakturludur və interyeri bəzəmir. Amerikanlar deyirlər ki, bu avtomobil "Volkswagen Tiguan" və "Mazda СХ‑5"in rəqibidir. Yəqin amerikanlar bu avtomobilərin interyerleri ilə və hazırlanma materialları ilə taniş deyillər. Yoxsa , belə niyə danışsınlar ki?

Amma təchizatı pis deyil: avtonomparklanma, əl əyləcinin elektromexaniki idarəedilməsi, aktiv kruiz kontrol, zolaq tanıma, kor zonaların idarəedilməsi, avtomatik tormozlama. Multimediya sisteminin isə heç rus dili menüsu belə yoxdur. Amma "Car Play" və "Android Auto" ilə dostluq edir. Akustika sistemi ABŞ-ın "Beats" şirkətinə məxsusdur.

Panorama dam arxa oturacaqlarda başla olan məsafəni daraldıb. Amma eninə kifayət qədər geniş məsafə qalıb. Hava püskürdücü deflektor, 220 V enerji  və USB giriş var. Amma arxa oturacaqlar zəmanədən geri qalaraq idarə edilmir.

Şassi yumşaq və enerji uducudur. Həmçinin öndə və arxada McPherson asqıları dayanır. Nadir qərarlardan biridir və kompakt qardaşı "Renegade"dən götürülüb.

Avtomobil kiçikdir və dar küçələrdən belə rahatlıqla keçmək olar. Amma sükan arxasından görmə isə… Arxa oturacaqların başlıqları arxa şüşənin yarısını tutur. Ön damın kənar dirəkləri o qədər böyükdür ki, onun arxasında adam gizlənsə görməzsən.

Kiçik motorlarla bir qədər dağlıq yerləri gəzmək çətin  olacaq. "Compass"ın 170 at güclü 2 litrlik Multijet II dizel mühərriki çəkmə problemi yaşamır. 380 nm ən sərt yoxuşda belə sürətlənməyə imkan verir. Amma qəribədir ki, avtomobil səssizdir. Vibrasiya minimuma endirilib. Azərbaycana dizel yalnız sifarişlə gəlir. Rusiya bazarı üçün isə dizel mühərriki 140 at gücü ilə də təklif edilir. Tam ötürücünü şəhər rejimində hiss etməyəcəksiniz. Quru və düz yolda güc arxa asqıya ümumiyyətlə ötürülmür. Burada nəinki arxa ox həmçinin kardana belə güc ötürülmür. Bu isə yanacağaı qənaət edir və əlavə enerji itgisinin qarşısını alır.

"Compass"da 9 pilləli avtomat ZF sürətlər qutusu quraşdırılıb. "Renegade"də olan avtomat sürətlər qutrusunun eynisidir, lakin burada proqram təminatı yeniləndiyindən daha cəlddir. Sükanarxası sürət yarpaqları yoxdur. Mexaniki olaraq sürət artırmaq istəyənlər selektoru aşağı və yuxarı keçirməklə dəyişə bilərlər. Lap avtomobil yarışlarında olduğu kimi. Amma avtoyarış hissi yaşanmayacaq bunu dəqiq bilirəm. Döngədə sürəti aşsanız avtomobil sanki kontroldan çıxır. Sükan idarəetməsi informativ deyil və özünə tabe etmək üçün bir qədər güc sərf etmək lazım olacaq.

Yolsuzluq versiyası olan  "Trailhawk"da mühərrik və sürət qutusu eynidir. Lakin ön bamper 30 dərəcə yoxuşa girməyə imkan verir. Adi versiyada bu 17 dərəcədir. Motort altlığı nəinki mühərriki, hətta yanacaq çənini belə qoruyur. Klirens 198 mm-dən 216 mmk-ə artıb. Bu sinfində rekorddur.

Maraqlıdır ki, Avropada Compass 1.4 litrlik trubo mühərriklə təklif ediləcək.

Bizim regiona isə  Tigershark seriyalı  atmosfer mühərrik təklif edilir. At gücü 150-180 arası dəyişəcək. Avtomobilin noyabr-dekabr aylarında gələcəyi planlaşdırılır. Qiymət çox güman  həmin zamanın avro kursuna uyğun müəyyən ediləcək. Bizdə "Compass" bir o qədər də dəbdə deyil. "Grand Cherokee"yə bənzərliyi, uyğun qiymət zamanı satışa təsir edə bilər.