GERİYƏ
Avtobaz 769

Seat Leon Cupra (2016)


Biz bir dəfə Seat Leon FR test etmişdik. Lakin bu dəfə testimizdə Seat Leon Cupradır. Bu avtomobil əslində Leon FR-dən daha güclüdür. 2 litrlik motorda 280 at gücü. Düzdür bir qədər sərt avtomobildir. Amma dinamikliyinə söz ola bilməz.

çərşənbə axşamı, 03 oktyabr 2017

"Seat" heab edirəm ki, ölkəmizdə tam qiymətyini almış avtomobil deyil. Təsəvvür edin "Seat"-ın 5 və 3 qapılı versiyası eyni dinamikliyə malikdir. 3 qapılı SC abreviaturalı sportkupe 5 qapılı "qardaşından" 20 kq yüngül, 35 mm qısa, 11 mm aşağı, təkər bazasında 35 mm qısadır.  Özümdən əlavə edim ki, 5 qapılı versiyada ara oturacağa rahat əyləşmək olur. Psixoloji cəhətdən 5 qapılı daha az "idmançı" hesab edilir.

Avtomobilin ön alətlər paneli "Leon" Fr kimi hazırlanıb.
Hetçbeki gücləndirdikdən sonra ispanlar daha da irəli getməyi düşünürlər. "Leon"-un "Kupra" versiyası universal olaraq istehsal edilir. Bu zaman "Leon" ailəsi tam idmançı görkəmi almış olacaq. Alıcı artıq kuza tipi və xarakteristikasına uyğun avtomobil seçməli olacaq. "Leon Kupra" mühərrik olaraq  iki litrlik amma 165 və 280 at güclü versiyada təklif edilir. Sözün düzü 15 at gücü fərqini bir o qədər də hiss etməyəcəksiniz. Düzdür tıxacda siz at gücünü tam hiss edə bilməyəcəksiniz. Amma axında kapot altında yatan atların sayı ilə özünü fərqli hiss edə bilərsən.
Alətlər panelində, spidometrin düz yanında "Kupra" loqosu peyda olub.
Həqiqətən "Leon Kupra" çox şeyə qadirdir. Bu avtomobil parktronik, sensor,müxtəlif köməkçi elektronikanın yalnız dəbdə olan qadcet oldğunu düşünüb, sürətdən başı çıxanlar üçündür. Əslində isə texniki göstərcilər və sürət olaraq deyil, "Leon"-un yeni stili onu daha çox satış etməsinə səbəb olur.

Axında "Leon Kupra"nı ön hissə, duman faralarının olmaması, "CUPRA" yazsının "Leon" yazısını əvəz etməsi, iki tərəfli xrom səs boğucuları (FR-dən fərqli olaraq qoşalaşmış deyil), arxa bamperin nömrə hissəsinin üzərində olan qara hissə ilə tanıya bilərlər.

6 pilləli DSG avtomat sürət qutusu ilə, mexaniki sürətlər qutusu arasında seçim edərkən unutmayın ki, avtomat sürətlər qutusu daha qəanətlidir. Ayarlamalarda "Kupra" rejimi seçməklə, asqını daha sərt edib, səsin idmansayağı xırıltılı olmasına nail ola bilərsiniz.

 
"Leon Kupra"nın mühərriki seriya buraxılışından yalnız səsinə görə seçilmir. Onun porşenləri ayrı formadadır, "şatun"lar gücləndirilib, krank milinin boğazlığı fərqlidir. Blokun başlığı yeni  silikon-alimünum tökmədən hazırlanıb. Daha yüngül,möhkəm və termo hərarətə davamlıdır. Daha bir yenilik turbokompressordur. Turbokompressor 1.1 maksimal bar-da 1000 dərəcə C istilikdə 765 000 lt effektivliyə malikdir. "Seat Leon Cupra" gündəlik avtomobili "idmançı" xaraketerində görmək istəyənlər üçündür. 
Transmissiya adi "Leon"-dan fərqlidir. Sürətlər qutusunun korpusu daha yüngüldür, keçiricinin məsafəsi qısadır. Ön təkərlərdə özözünə bloklanan differensial quraşdırılıb. Xüsusən döngələrdə dartqını ön təkərlər arasında bölməklə "Kupra"ya ideal idarəetmə bəxş edir.
"Komfort" rejimində iadrəetmə daha yüngüldür. Asqı, avtomobilin sürüşü daha yumşaq,v mühərrik daha axıcı salışmağa başlayır. Sükanidarəetməsi həssaslığını geri qaytarır. Sanki trekdə idman avtomobilindən düşüb komfotlu sedana əyləşirsən.
Model : Seat leon Cupra 2.0 TSİ (5 qapılı)
Baqaj həcmi : 380 lt
Çəkisi : 1421 kq
Sürət yığımı (saatda 100 km): 5.9 s (265 a.g), 5.8 (280 a.g)
Maksimal sürət : 250 km/s
Yanacaq və çəni : A95 - 50 lt
Qarışıq rejimdə yanacaq sərfiyyatı : 6.6 litr
Mühərrik : Benzin
Mühərrik həcmi : 1964
Fırlanma anı: 320 Nm (265 a.g), 350 Nm (280 a.g)
Sürət qutusu: A6
Asqı : MakFerson (ön və arxa)
Təkərlər : 225/40R18 , 225/35R19
 
"Seat Leon Cupra" haqqında hazırladığımız videonu buradan izləyə bilərsiniz.