GERİYƏ
Avtobaz 2267

Mercedes-Benz S450 (2017)


Mercedes-Benz S klass W222 kuzada restaylinqə "məruz" qalıb. Mercedesin-in flaqman sedanında indi xarici görkəm fərqlidir, mühərriki yeniləndi və daha çox elektron köməkçilər peyda oldu.

bazar ertəsi, 09 oktyabr 2017

Avtomobilin restaylinq modelini  almanlar 2017-ci ilin yazında Şanxay avtosalonunda təqdim etdilər. Şirkət nümayəndələrinin sözünə görə, avtomobildə 1627 detal yenilənib. Və AutoStar Kaukaus mənə bu avtomobili test etməyimə imkan yaratdı.Bu mənim S klass la ilk test yürüşüm idi.

Avtomobilin arxadakı səsboğucuları dəyişib. Dizel mühərrikırində əsl səsboğucusunu altda yerləşdiirb, üzdə görünəni suni qapaqla əvəz ediblər. Biz də isə benzin mühərrikıi S klass idi. Hər şeyi yerində. Multibeam matrisa faralarını opsiya olaraq sifariş edə bilərsiniz. Orada 84 diod çalışır.

Elə məhz ən böyük dəyişiklik də elə bu idi.  Bu faraları üç xəttli diod lentlə fərqləndirmək ümümkündür. Gündüz hərəkət fənərləri  üç xəttli diod lentdir və gecə vaxtı bu faralar 650 metr uzaqlığa işıq vura bilir. Və əgər ağıllı elektronika qarşıda avtomobil görərsə, faraların bir neçə seksiyası aşağı düşəcək və qarşıdakı sürücünün gözlərini qamaşdırmayacaq.

Daha bir dəyişiklik sükanla bağlıdır. 2 xəttli sükan, 3 xəttli sükan ilə əvəz edilib. Sükanın üzərində iki kiçik sensor paneli bortkompüter və multimedianı idarə etçək üçün nəzərdə tutulub. Qrafik alətlər paneli və ekranı bir şüşə arxasında yerləşdirilib.

Avtomobildə Energizing Comfort Control peyda olub. Bu oturacaqların ventilyasiyası,salon asqısı,klimat kontrol,aromatizator və audio sistemi idarə edir. 6 ayarlama sistemini seçmək mümkündür: Yenilik,isti,enerjili,sevinc,rahat,məşq rejimi seçilərkən  10 dəqiqəlik masaj və relaks işinə başlayacaq.

Sürücüsü köməkçisi avtomobili zolaqda saxlayır. Hımçinin elektron köməkçi yol nişanlarını tanıyır, onların qarşısında sürəti aşağı salır, döngələrdə rahat dönməni təmin edir. Amma yenə də bu tam avtopilot deyildir. Pis havada xəttlər oxunmursa, avtomobil səhv edə bilər. O na görə bu sistem hələ də bizdə işlək və aktual deyil.

Restayloinqlə bərabər yeni güc aqreqatları peyda olub. V şəkilli mühərikin əvəzinə OM 656 seriyasına adi mühərrik quraşdırılıb. O 365 at gücü hasil edir.  S500-ün yerinə isə S560 gəlib. Onun da testini ayrıca sizə təqdim edəcəyik. S560-ən 4 litrlik V8 mühərrikində isə 469 a.g gizlənir. Və burada silindirlərin söndürülməsi funksiyası da var. Adi rejimdə 4 silindr istirahət edir və bu benzinə qənaət etmək imkanı yaradır. Və buna görə S560 100 km-ə 9.3 litr yanacaq sərf edir.

Hər ikisinin mühərriki əladır. Səs salonda eşidilmir.S klassda opsiya olaraq hidroyaylı asqı sifariş etmək mümkündür. Bu asqı Magic Body Control adlanır və Curve rejiminə malikdir. Bu rejim sahəsində sərt döngəyə daxil oldquca salonda arxada əyləşən sərnişinlər sağa və sola yırğalanmırlar.

Bu mənim yeni Mercedes S-klassla ilk tanışlığım idi. Mühərrik, axıcı sürüş və elektron sistem xoşuma gəldi. Lakin xoşuma gəlməyənlər də oldu. Xoşuma gəlməyən məqamları videomuzdan izləyə bilərsiniz.