GERİYƏ
Avtobaz 1769

Hyundai Accent (2018)


Bu il Hyundai sevərlər üçün əla bir il olacaq. Mart ayında Cenevrə avtosərgisində yeni Hyundai SantaFe təqdim edildi. Və keçən ilin fevralında Torontoda təqdim edilən yeni Hyundai Accent artıq Bakıdadır. Yeri gəlmişkən Şimali Amerikada Hyundai 5 növ Accent təqdim edir.

çərşənbə, 14 mart 2018

 

Bu yeni ekonom sinfinə aid olan avtomobil daha təqdimatlı "obraza girib". Sanki avtomobil bir qədər böyüyüb və heç də özünü ekonom sinfinin nümayəndəsinə bənzətmək istəmir. Amma qənaət baxımdan daha da qənaətcil olub. İlk olaraq ondan başlayaq ki, bizim bazara gələn Accentlə , Amerika bazarına gələn Accent arasında fərq çox minimaldır. Bu avtomobil  2016-cı ildən Çin bazarında satışda olan  Hyundai Verna-nın tam oxşarıdır. Və bu avtomobillər identikdilər.

Ekstryer | Hyundai Accent 2018

Artıq bütün dünya brenbdləri sinfindən asılı olmayaraq bütün modellərini eyni dizayn üslubunda hazırlayırlar. Ön hissədə -  kəskin baxışlı işıq optikası ilə təchiz edilib. Polad radioator barmaqlıqları, hamar dizaynlı bamper, duman əleyhinə işıq üçün  geniş seksiya, havaqovucunun kəskin bucaqlı forması. 

Yandan - daha şığıyıcı forma alıb. Bu qapıda olan çıxıntıların hesabına alınıb. Daha parlaq formalı təkər arkasının xətti çox ehmalca arxa hissəyə doğru uzanır. Arxa hissədə isə möhtəşəm arxa işıqlar yerləşir. İndiyənə qədər Accenti arxadan bu qədər yaraşıqlı etməmişdilər. Bu arada, Amerikanlara və bizə gələn avtomobillərin arxa stoplarında fərqlər var.

 

Xarici ölçüləri 

Uzunluq – 4,405 m

Eni – 1,729 m

Hündülük – 1,47 m.

 

Təkər bazası 2.6 m. Yerdən hündürlüyü (klirens 16 sm). Səki və dəmiryollarını rahat keçmək imkanı verir. Kuza 7 rəngdə təklif edilir. Bizə isə çox güman daha az rəng komplektasiyası gəlir. Biz daha çox ağ, qara, boz rəngləri sevirik ona görə.

İnteryer | Hyundai Accent 2018

Yaxşı xəbər budur ki, yeni   Accent yeni ön alətlər paneli əldə edib. Sürücüyə ələyatımlı,komfortlu üçoxlu sükan təklif edilir. Lakonik amma informativ alətlər kombinasiyası, analoq siferblat və onların arasında maye kristal monitorlu bort kompüter yerləşir. 

Mərkəzi torpedo 6 dərəcə sürücüyə doğru yönəldilib.  Bu salonu daha erqonomik edib və multimedianı daha rahat idarə etmək imkanı yaradır. Multimediya displeyi baza modelində 5 duymluqdur. Salondan asılı olaraq 7 düymla əvəz edilir. Burada klimat kontrol,bir neçə köməkçi funksiya və düymə var. Avtomobil salonu ucuz amma keyfiyyətli materialdan hazırlanıb.

Önoturacaq kamfortludur və alıcının rahat əyləşməsi üçün üçün bir neçə ayarlamaya malikdir. Amma oturacağın səni "qucaqlaması" bir qədər zəifdir. Arxa kreslo əlavə heç nə ilə təchiz edilməyib. 3 sərnişin rahatca yerləşir. Hündürboytlu 1.85-dən yuxarı şəxslər üçün dam örtüyü maneə yarada bilər. Amma biz Azərbaycanlılar hündür boyumuz ilə seçilmirik.

Baqaj həcmi 480 litrdir. Arxa oturacaqları endirdikdə isə bu həcm 2.5 dəfə böyüyəcək. Təchizatdan asılı olmayaraq tam ehtiyat təkərlə təchiz edilir.

Texniki xarakteristika | Hyundai Accent 2018

Yeni Hyundai Accent sələfindən daha moderndir. 6 -cı nəsil Elantra və Creta krossoveri kimi müstəqil arxitekturaya və Makferson asqısına sahibdir. Mühərrik olaraq 4 silindirli benzin, 6 pilləli mexaniki və avtomat sürətlər qutusu ilə təchiz edilib.16 klapanlı Karra ailəsinə mənsub 1.4 litrlik mühərrik 100 at gücünə sahibdir.  Maksimal sürət  185 km saat, fırlanma anı 132 Nm, 0-100 km-i 12.2 saniyəyə yığır. 100 km-ə yanacaq sərfiyatı 5.7 litrlə - 6.3 litr arasında dəyişir. 1.6 litrlik 4 silindrli Gamma ailəsinə məxsus mühərrik isə 123 at gücünə sahibdir. Saatda 193 km sürəti 151 Nm fırlanma anı ilı alır. 100 km ürəti 10.3 saniyəyə yığır. Yanacaq sərfiyatı 6.6 litrdir. Avtomobil daha möhkəm polad gövdəyə malikdir. Və gövdə 52% yüksəkbərkliyi ilə seçilən  poladdan ibarətdir.

 

 

Təhlükəsizlik | Hyundai Accent 2018

 

Budcə sinifi olsa da Accent bir çox elektron təhlükəsizlik sistemi ilə təchiz edilib.

 

- Önoturacaqlarda təhlükısizlik yastığı.

- Əyləcləmədə antibloklama sistemi

- Yoxuşda hərəkət stabilliyi

- ESP

- Uşaq oturacağı bərkidicisi

- Ayarlanan baş dayaqlıqları.

- Arxa parktronik.

- Dinamik xəttləmə ilə arxa nəzarət

- Mərkəzi kilidləmə

- Təkər təzyiqinin yoxlanılması

- Əyləc gücünün elektron paylaşdırılması

- İmmobilayzer

- GPS

 

Maraqlısı budur ki, bu sistemlər standard və orta komplektasiyada təklif edilir.

Baza kompektasiyasında kruiz kontrol olmayacaq. Şimali Amerikada hetçbek kuzasına malik olacaq ki, biz onu öz yollarımızda heç vaxt görməyəcəyik.