GERİYƏ
Avtobaz 3403

Hyundai Ioniq electric (2018)


Azərbaycanda elektrik mühərrikli avtomobillərin sayı 5-i keçmir. Azərbaycan üçün elektrik avtomobilləri unikaldır. Və Azərbaycanda ilk dəfə olaraq rəsmi diller tərəfindən gətirilımiş Hyundai İoniq-i ilk test edənlərdən biri oldum. Bəs bu avtomobili rəqiblərindən nə fərqləndirir?

çərşənbə, 16 may 2018

Dünyada heç kimi elektromobillə təəcübləndirə bilməzsən. Lakin bir çoxları elektrik avtomobili dedikdə, Tesla, Nissan Leaf olaraq düşünməyə başlayırlar. Amma başqa maraqlı avtomobillər də var. Məsələn- Hyundai İoniq Electric. Bu avtomobilin misalında Azərbaycanda elektrik avtomobillərini istifadə etmək rahatdır ya yox, onu da müəyyən etdik.

Mən bu avtomobillə şəhər küçələrində şütüdükcə insanların maraq dolu baxışları ilə rastlaşdım. Ələttə belə olmalı idi. Onsuz da bizim ölkədə elektromobil çox deyil. Hibrid mühərrikli avtomobillər 100-ü keçsə də, elektromobillər heç 10-a çatmır. 

Avtomobilin adı İon (yüklənmiş hissəcik) və unique (unikal) birləşməsindən haranıb və birlikdə intellekt göstəricisi olan İQ-ni tamamlayır.

Ölçünün fərqi var.

Düşünürəm ki, Hyundai -nin qərargahında Toyota Prius-u üstələyəcək plan çoxdan çizilib. Hyundai keçən il hər 3 "cəbhədə" üstünlük qazanmaq üçün "hücuma" keçdi. Keçən il Hyundai İoniq hibrid, Hyundai İoniq Plugİn (cərəyana qoşulan hibrid) və Hyundai electric təqdim edildi.

Bizim qarşımızda tipik 5 qapılı C+ hetçbek sinfinə aid avtomobil dayanıb. Dizayn özəl olaraq hazırlanıb, amma yapon hibridlərinin çizgilərini hiss etmək mümkündür. Arxa qapıda (yük yeri qapısı) iki pəncərə spoyler kimi hazırlanıb. Bu bəzək üçün deyil. İoniq-in aerodinamik konfisenti Prius-da olduğu kimi 0.24-ə bərabərdir. Təkər bazası da eynidir - 2700 mm. Amma İoniq 70 mm qısadır. Yapon hetçbekindən 20 mm alçağ, 60 mm enlidir. Elektrik avtomobilini hibriddən ayırd etmək çox asandır. Ön radiator barmaqlığı yoxdur.

Arxa işıqlar piramida şəklində tam diod işıqlanma ilə təchiz edilib. 

Salon və təchizat

Avtomobilin salonu tam futuristik dizayndadır. Burada sport üslubunda sükan, sürətlər qutusu olmadığından yalnız D, P, R və N düymələri olan ötürücü var. Sükan elektrik tənzimlənməli deyil. Daha üst versiyada bu təchizata rast gəlmək mümkündür. 

Ön alətlər paneli 4.2 düymdur və tam rəqəmsaldır. Mərkəzi alətlər panelində isə 7 dümyluq TFT displey yerləşdirilib. Multimedia sisteminin ölüçüsü 1280x720 pikselədir. Bu sistem Apple CarPlay və Android Auto-nu dəstəkləyir. Daha üst versiyada mobil telefonların simsiz enerji yığma mənbəyi də nəzərdə tutulub. Hava vurucular və 3 zonalı iqlim ayarlaması quraşdırılıb. Elektrikə qənaət etmək üçün "Yalnız sürücü" funksiyasını işə salmaq mümkündür.

Istifadə edilən material və yığım keyfiyyəti yüksək səviyyədədir. Bu materiallar ikinci emal plastik, ekzotik  və vulkanik əsaslı növlərdən hazırlanıb. Dizaynerlər ılavə olaraq salonda bürünc elementlərdən sitifadə ediblər. Bürünc gümüşdən sonra elektrik keçiriciliyinə görə ikinci yerdədir. Və bu dizayn həllində sanki elektrik cərəyanı bütün salondan keçir effektinə nail olublar.

İlkin Comfort komnplektasiyasında 7 təhlükəsizlik yastığı, ESP, açarsız daxilolma, önoturacaqların qızıdırılması və multimedia nəzərdə tutulub. Məndə olan Premium komplektasiya idi və ön, arxa oturacaqların, sükanın qızıdırlması nəzərdə tutulmuşdu. Top komplektasiyada isə 8 düymluq multimedia sistemi, dəri salon, mobil telefon üçün simsiz şarj etmə oyuğu, önoturacaqların ventilyasiyası, avtomatik əyləcləmə, zolaq tanıma və kor zonanın idarə edilməsi nəzərdə tutulub.

Texniki göstəriciləri

Hyundai Ioniq Electric Elantra modelinin platformasında hazırlanıb. Arxada çoxpilləli asqı, öndə isə McPherson mono dirək quraşdırılıb. Güc qurğusu 88kVt (120 a.g, 295 Nm)-dır. Bir pilləli reduktor və 28Kvt\s akumlayora malikdir. Litiy-polimer batareyalar LG istehsalıdır və avtomobilin salonunda  arxa oturacaqlarının altında yerləşdirilib. Bu sinif elektrik avtomobilləri üçün batareya həcminin 28 kVt\s olması normaldır. Məsələn - Kia Soul EV 27 kVt\s, Volkswagen e-Golf isə 24.2 Kvt\s batareya həcminə malikdirlər. İstehsalçı 280 km məsafə qət etmək imkanını bildirsə də, heç kim 100 faizlik enerjini enerji mənbəyinə çatmadan 280 km sürən deyil. Ona görə norma olaraq 150 km götürə bilərik. Ağır batareyasına baxmayaraq, avtomobilin çəkisi 1880 kq-dır.

Elektrikin gücü

120 at gücü olan avtomobildən kosmik sürət gözləmək yersiz olar. Amma avtomobil çox cəld və çevikdir. 295 Nm fırlanma anına çox sağ demək lazımdır. Əmin ola bilərsiniz ki, svetyoforda ən cəld tərpənən şəxs siz olacaqsınız. Avtomobil ECO, SPORT və adi rejimdə idarə edilə bilər. ECO rejimdə saatda 100 km-i 9.9 saniyəyə, adi rejimdə 9.6 saniyəyə, SPORT rejimində isə 9 saniyəyə yığır. Avtomobilin maksimal sürəti 180 km -dən yuxarı qalxmadı. Ümumiyyətlə heç kim bu sürətlə avtomobil idarə etmir. Ona görə elektrikə qənaət edə biləcəksiniz. Sport rejimdə daim avtomobili idarə etmək isə elektrik enerjisinin tez bitməsi ilə nəticələnəcək.

Avtomobilin elektrikinə qənaət etmək üçün regenrasiya sistemi də nəzərdə tutulub. Sükanın arxasında yerləşən kəpənəklər bu sistemi işə salmaq üçündür. 3 səviyyəli regenerasiya sitemi ayağınızı qazdan çəkərək yoxuşda və ya düzünə hərəkətdə elektrik yığmaq üçün nəzərdə tutulub.  1-ci səviyyədə əyləcləmə zəifdir, 2-ci səviyyədə bir qədər güclü, 3-cü səviyyədə isə əyləcələmə güclü gedəcək. Bu zaman tyam dayanmaq üçün bir balaca əyləci basmaq kifayət edəcək. Bu əyləcləmə zamanı isə enerji akumlyatora yönələcək. Hyundai İonioq çox gözəl idarə edilir. Avtomobilin ağırlıq mərkəzinin aşaıda olması döngılərə yüksək sürətdə daxil olmaq imkanı yaradır. Avtomobilin banı 51% poladdan ibarətdir. 

Avtomobilin elektrik mənbəyinə qoşulması üçün isə öz evinizdən savayı Bakıda bu nöqtlərədən istifadə edə bilərsiniz. İlk olaraq deyim ki, SOCAR YDM-də olan elektrik mənbələri PULSUZUR. Bu mənbələr SOCAR-ın köhnə Sabunçu dairəsində və Butra Palace-nin yaxınlığında yerləşən YDM-də var. Bu mənbələrdə sürətli enerji yığmaq mümkündür.

Gənclik Mall-da isə elektrik mənbəyi ödənişlidir. Və saatı 5 manatdır. 1 saat ərzində 60% enerji yığılması mümkündür. Lakin bunun üçün siz səlahiyyətli şəxsi çağırmalı, sonra İoniq-ə uyğun başlığı gətirməli, token almalısınız. Sevgi parekında yerləşən elektrik mənbəyi isə kartladır. Kartı GreenCar şirkəti təqdim edir. H.Əliyev Mərkəzinin qarşısındakı elektrik mənbələrindən biri kartlı, digəri isə pulsuzdur. Digər elektrik mənbləri isə Zirə ekoparkında, Park Bulvar və Dövlət Bayraq meydanında var. Bölgələrdə isə yeganə olaraq Qusar rayonu Pioneer YDM-də Hyundai İoniq-i elektrik mənbəyinə qoşa bilərsiniz. Dünya üzrə elektrik mənblərinin yerini PlugShare proqramı vasitəsi ilə öyrənmək olar. Məsələn- qonşu Gürcüstanda bu cür mənbələrin sayı bizdən dəfələrlə çoxdur.

Hyundai İoniq sürətli elektrik yığma rejimində 25-35 dəqiqə arası vaxtınızı "alacaq". Adi enerjiyığma zamanı isə sizin 3 saat vaxtınız gedəcək.

Ev şəraitində də avtomobili elektrik cərəyanına qoşmaq mümkündür. Hyundai şirkəti bunun üçün sizə xüsusi keçirici təqdim edir. Bu keçirici vasitəsi ilə avtomobil 220V-dan 8 saata tam enerji yığa bilər. Cərəyandan asılı olaraq bu müddət 11 saata qədər arta bilər. Tam şarjetmə zamanı sizin 1.70 manat xərciniz çıxacaq. 

Hyundai-in planlarına əsasən 2018-ci ilin yeni İoniq-lərində qət ediləcək məsafə 320 km-ə qədər artırılmalıdır. Çox güman bu yeniliyi biz sentyabr ayında Paris avtosərgisində görəcəyik. 2020-ci ildə isə Hyundai 22 elektrik və hibrid mühərrikli model təqdim etməyi planlaşdırırlar. Hyundai İoniq-in bazasında pilotsuz avtomobil də təqdim edilib, amma hələki seriya buraxılışı mövcud deyil.

Çox təəsüf ki, yaxınlıqda olan enerji mənbələrini göstərmək daxil, naviqasiya Azərbaycan üçün hələlik aktiv deyil. Bununla bağlı Hyundai Auto Azərbaycan Cənubi Koreya ilə danışıqlar aparır. Çünki yerli dillerlər arasında yerli naviqasiyanı tədbiq edən məhz Hyundai-dir. 

İoniq-in testlərinə yazılmaq üçün bu linkə daxil ola bilərsiniz - www.ioniq.az

Bu mənim ilk elektrik avtomobili sınağım idi. Digər avtolmobilləri test etdikcə onlar haqqında da fikrimi İoniq-lə müqayisə edərək bildirəcəm.

Hyundai İoniq-in video icmalını da izləməklə, avtomobil haqqında tam bilgiyə sahib ola bilərsiniz.