GERİYƏ
Avtobaz 26

S-Class-dan gələn opsiyalar B-Class-da.


Mercedes-Benz B-Class yeni nəsli daha geniş, daha dinamik və texnoloji oldu. Bu da flaqman S-Class opsiyaları sayəsində mümkün olub.

çərşənbə axşamı, 02 oktyabr 2018

Mercedes-Benz B-Class yeni nəsil 2729 mm təkər bazasının böyüməsi ilə öyünə bilər. Burada 16-dan 19 duyma qədər təkərlər yerləşdirilə bilər. Avtomobil gözəıl alınıb. Kompaktvendən daha çox idman üslublu avtomobilə bənzəyir. Ona atletik simanı baqaj qapısının üzərindəki spoyler verir. Dar işıq sistemi, səsboğucu başlığı və psevdodiffuzor bu simanı tamamlayır.

Müasir alətlər paneli iki böyük monitordan ibarətdir. Və bu monitorda sürücü və sərnişinlər üçün bütün məlumatlar əks olunur. Baza versiyasında 7 duymluq monitor, daha zəngin komplektasiyada isə 10.15 duymluq monitor quraşdırılıb. Avtomobildə olan opsiyalar daha bahalı modellərdə olanlardır. Konkret desək, S-Class-dan bəzi opsiyalar əxz edilib. Məsələn- massaj edən kreslo, sükan və oturacaq yaddaşının elektron sistemi.

Yeni B-Class dekabrdan etibarən satışa çıxacaq və 2019 fevraldan etibarən dillerlər ilk avtomobilləri ala biləcəklər.