GERİYƏ
Avtobaz 1604

Hyundai Palisade (2019)

Tural Yusifov


Hyundai krossover sinfinin ən böyük nümayəndəsini təqdim etdi. Bu ABŞ-ın Kaliforniya ştatının çimərliyinin adını daşıyan Hyundai Palisade-dir. İlk dəfə olaraq təqdimatı Los-Angelesdə keçirilən Hyundai Palisade-nin media testlərinə AvtoStop olaraq dəvət aldıq. Los-Angeles avtomobil sərgisində avtomobillə yaxından tanış olmaq imkanım yaranmışdı. İndi isə Hyundai Palisadeni-ni birbaşa iş başında yoxlamaq imkandı yarandı.

bazar ertəsi, 17 dekabr 2018

Hyundai şirkəti buna qədər iri krossover istehsal edib. Lakin onun istehsalını 2012-ci ildə dayandırıb. Bu Hyundai Veracruz və ya İX55 idi. Daha sonra uzun müddət Hyundai SantaFe-nin bir qədər uzun versiyası ilə Grand Santafe (SantaFe XL) bazarda "at" oynatsa da bazar qanunları onları yenidən iri krossover istehsal etməyə məcbur etdi. Hyundai bunu şahmat taxtası konspeti ilə reallaşdırmağa başlayıb. Ən kiçik SUV -dən ən böyüyünə qədər. 

Bunlar: Kona, Kreta, Tucson, SantaFe və Palisade-dir. 

Hyundai şirkəti artıq avtomobillərini ailə yönümlü mövqeləndirir. Və təsadüfi deyil ki, Hyundai Palisade istehlakçıların arasında keçirilən sorğuya əsasən hazırlanıb. Sorğuya əsasən ABŞ istehlakçıları 3 əsas məsələni qeyd ediblər:

  • İri dizayn
  • Geniş salon
  • Təhlükəsizlik

Hyundai Palisade məhz bu tələblərə cavab verir. Avtomobil 7 nəfərlik və 8 nəfərlik versiyada təqdim edilir. Təhlükəsizlik sistemini isə Hyundai SmartSense təmin edir.

 Avtomobil artıq Cənubi koreyada satışdadır. gələn ildən etibarən isə ABŞ və digər regionlarda da satışa çıxacaq.

Avtomobilin xarici görünüşü möhtəşəmdir. Qalın və vertikal xəttlər avtomobilə bir əzəmət bəxş edir. İri radiator barmaqlıları, kəskin xəttli gündüz hərəkət fənərləri avtomobili zahirən zəhmli göstərsə də, o bir geniş qəlbli, ailəcanlı avtomobildir. 

mm SantaFe artım Palisade artım Grand SantaFe Highlander Explorer Pilot
Uzunluq 4770 +210 4980 +75 4905 4890 5037 4940
En 1890 +85 1975 +90 1885 1925 2005 1996
Hündürlük 1680 +70 1750 +60 1690 1730 1778 1773
Təkər bazası 2765 +135 2900 +100 2800 2790 2865 2820

Avtomobilin xarici ölçülərinə baxdıqda SantaFe və Grand SantaFe-dən daha böyük olduğu, rəqiblərindən isə yalnız Ford  Explorerdən geridə olduğunu görə bilərik. Amma təkər bazasının ölçülərinə görə Ford Exploreri qabaqlayır. Əminliklə Hyundai Palisade-nin rəqibləri arasında düzgün mövqe tutuduğunu deyə bilərik. Xarici görünüşündə premium elementlərdən istifadə edilib. 360 dərəcə kamera, park radar və smart sensorlarla təchiz edilib. Xarici işıq cihazları led və diodlardan ibarətdir. Ağıılı HED lampalar qarşıda avtomobil olan zaman avtomatik olaraq aşağı düşür. Ona görə, Hyundai Palisade-də işıqların sürücü tərəfindən ayarlanması yoxdur. İşıqları sistem özü işıqlandırmaya uyğun olaraq ayaralayacaq. Həmçinin kamera həm avtomobilləri, həm də piyadaları müəyyən edə bilir. Bu da əlavə təhlukəsizlik sistemidir ki, siz istəsəniz belə piyadanı və ya digər avtomobili vurmayacaqsınız. Avtomobil dərhal dayanacaq.

Mühərrikdə də geniş seçim imkanı var. 3.8L GDİ , 3.5L MPİ, və R2.2 VGT dizel mühərrik təklif edilir. Müvafiq olaraq , 295, 272 və 197 at gücüdür. Torque - dartqı qüvvəsi də heyran edicidir. 3.8L mühərrikdə 36.2 , 3.5L mühərrikdə 33.7 və 2.2 dizel mühərrikdə isə 44.5-dir. Və bütün bu mühərriklər 8 pilləli avtomat sürətlər qutusu ilə birlikdə çalışır. Misal olaraq rəqiblərindən danışarıqsa, Highlander 3.5 mühərrik 295 at gücüdür və dartqı qüvvəsi 36.4 (8 pilləli avtomat) , Explorer isə 3.5 mühərrik 294 at gücü (6 pilləli avtomat), dartqı qüvvəsi isə 35.3-dür. 

İdarəetmə olaraq : Normal, Comfort, Eco, Sport, Smart, Sand, Snow rejimləri nəzərdə tutulub. Surətlər qutusu keçirici ilə deyil, düymələrdən ibarətdir. İlk dəfə bunu Hyundai İoniq-də, daha sonra Nexo-da , indi isə Palisade-də istifadə ediblər. Çox güman bundan sonra digər model xəttlərində də istifadə ediləcək. Avtomobil 20' və 18' düym təkərlərlə istifadəyə veriləcək. 

Arxa optika da led və diodlarla təchiz eidlib. Və komplektasiyadan asılı olmayaraq məzh bu cür də qalacaq. Baqaj həcmi də sinfində ən iridir. 3-cü sıra qatlandığı zaman 509 lt (Highlander - 360, Explorer - 595, Pilot - 452 lt), 2-ci sıra qatlandığı zaman isə 1297 lt (Highlander - 1058, Explorer 1235, Pilot - 1259 lt) yaranır. 

3-cü sıra və 2-ci sıra sərnişin yerləşməsi də rəqiblərindən geri qalmır və hətta üstələyir də. 

3-cü sıra sərnişin ayaqları 944 mm (Highlander - 878, Explorer - 978, Pilot - 893 mm ), 2-ci sıra sərnişinlərdə isə 1077 mm (Highlander - 1064, Explorer - 997, Pilot - 997 mm) təşkil edir. Avtomobildə hər iki sıra sərnişinləri özlərini daha rahat hiss edə bilərlər. Məncə 3-cü sıra məhz uşaqlar üçün nəzərdə tutulub. 3-cü sırada USB çıxış, oturacaq qızıdırlması və hava vurucuları da mövcuddur. 

 

Avtomobilin salon seçiminə gəldikdə, iki rəng seçimi var : Tünd qırmızı və ağ oturacaqlı. Tünd qırmızı salon boz karbon materiallarla, ağ salon isə mebel işləməsi ilə mövcuddur. Salon nappo parça ilə örtülüb. İstifadə olunan dəri hər üç sırada eyni keyfiyyətdədir. 

 

 

İlk iki sırada oturacaqların soyudulması və qızdırılması, 5 USB çıxış + 1 USB port , simsiz elektrik yığıcı, 12V elektriuk oyuğu, 220V elektrik mənbəyi, soyuducu sistem sərnişin rahatlığı üçündür . Alətlər paneli toxunmalı ekrandır və 10.23 inç ölçüyə malikdir. Çox funksional və cəlbedicidir. Amma bir çox funksiyaları Azərbaycanda çalışamayacaq. Android Auto və Car Play-i dəstəklədiyinə görə , multimedia, naviqasiya problemi yaşanmayacaq. 3-cü sıra ilə hündürdən danışmamaq üçün mikrafon da nəzərdə tutulub. Alətlər paneli tam olaraq sürücünün qarşısındakı alın şüşəsində proyeksiya edilir. Salon elementlərində lüks və premium materiallardan istifadə edilib.

Ön alətlər paneli analoq və rəqqəmsal ekrandan ibarətdir. 360 dərəcə kamera məhz bu zaman köməyə çatır. Sağa və sola dönmə işıqlarını yandıran zaman, kor zonada olan avtomobillər sürücünün qarşısındakı alətlər panelində dərhal görünür. Bundan əlavə avtmobildən düşən zaman salonda qalan sərnişin haqqında məlumatlandırma, arxadan avtomobil gələn zaman arxa qapının açılmaması, zolağı tərk edən zaman məlumatlandırma və sükan vibrasiyası ilə korreksiya, qarşıda gedən avtomobillə arası məsafəsinin ölçülməsi və ani tormozlama, avtomobil və piyadanın müəyyən edilməsi, arxadan piyada keçən zaman, geriyə hərəkətin mümkünsüzlüyü, döngələrdə kontrol, yoxuşa qalxma və enmə zamanı köməkçi sistemlər sükan arxasında olan şəxsin və sərnişinlərin təhlükəsizliyi üçün nəzərdə tutulub.  

 

 

 

 

2 gün ərzində 600 km-ə qədər şəhər içi, şəhər kənarı və yolsuzluq rejimində avtomobili test etdik. İri qabaritli olmasına baxmayaraq Hyundai Palisade yolda özünü çox inamlı hiss edir. Döngələrə girdiyi zaman, sürətin yığılması, ağır çəkiyə baxmadan dayanma rahatlığı çox gözəldir.  Avtomobilin asqı sitemi çox yumşaqdır. Nahmar yollarda belə, narahatlıq yaşamırsan. Bir avtomobildə lazım olan komfort, genişlik və təhlükəsizlik Hyundai Palisade-də toplanıb. SantaFe, bir vaxtlar Veracruz (İX55) sürənlər bu avtomobili mütləq alacaqlar. Üstəgəl, uyğun qiymətə güc, premiyum əldə etmək istəyənlər üçün də bu avtomobil vaz keçilməz seçim olacaq. Avtomobilin testi haqqında video icmalımızdan tanış ola bilərsiniz.