GERİYƏ
Avtobaz 1032

Yeni Hyundai Sonata (2018) - İlk təəsürat


Sedan artıq Hyundai-in yerli Otoplaza dillerində peyda olmağa başlayıb. İlk görənlərdən biri də mən olmuşam. Görəsən bu avtomobil rəqiblərini məğlub edə bilcəkmi?

bazar ertəsi, 02 oktyabr 2017

hyundai1

 

"Hyundai Sonata" daim bizim sürücülər tərəfindən sevilən avtomobil olub. "Hyundai Sonata NF" bazara çıxdığı andan çox sevilib və daim etibarlı avtomobil kimi tanınıb. İndi "Sonata" artıq 7-ci nəsil olaraq qarşımızdadır.

 

hyundai2

 

Bu avtomobilin əsas rəqibləri "Toyota Camry", "Kia Optima" və "Ford Mondeo"-dur. "Ford Mondeo" yerli diller tərəfindən çox reklam edilməyən bir model olduğuna görə, "Optima" və "Camry" ilə bazar mübarizəsinə artıq başlanılıb deyə bilərik.

 

hyundai3

 

Baza komplektasiyası 16 düymlu disklərlə təchiz edilir. Bizdə olan 2.0 mühərrikli versiyada 17 düymluq yüngül lehimli disklər təklif edilir. 2.4 həcmli mühərrikli High-Tech paketinə isə 18 düymluq disk quraşdırmağa imkan var.

"Sonata" iki məhrriklə təchiz edilib. 2 litrlik 150 at gücü və, 2.4 GDİ 188 at güclüdür. Hər iki mühərrik benzinlə çalışır və onun ötürülməsinə 6 pilləli hidormexaniki sürətlər qutusu kömək edir. Mexaniki sürətlər qutusu yoxdur və olmayacaq. Bu sinif avtomobili mexanikada heç kim almayacaq. 2.4 motorda sürət yığma bir qədər gec baş verir. Məndə "Santafe"-də belədir. Lakin sürəti yığandan sonra rahatlıqla sabit sürətdə ötməni edə bilirsən. ona görə manevrdən öncə yüz ölçüb, bir biçmək məsləhətdir.

hyundai4

 

Elektron təhlükəsizlik sisteminin siyahısında kor zonaların monitorinqi BSD (Blind Spot Detection) , parkinqdən arxaya hərəkətlə çıxanda kəsişməli hərəkət haqqında xəbərdarlıq edən RCTA (Rear Cross-Traffic Alert) peyda olub. Avtomobil arxaya hərəkət edən zaman sensorlar kəsişən hərəkəti qeydə alıb, ara görüntü güzgüsündə yaşıl indikatorla xəbərdarlıq edir. 

hyundai5

 

Arxa oturacaqlar relyefli profilə malikdirlər. Başın üzərində və çiyində geniş yer qalır. Sərnişin ayaqlarına dəyən tunnel isə o qədər də böyük deyil. Mən nə tunnellər görmüşəm.

2.4 mühərrikli versiyada ön oturacaqlarda 3 səviyyəli ventilyasiya və qızdırılma var. Oturacaqlar bütün mümkün istiqamətlərdə ayarlamaq üçün elektrik mühərri ilə təchiz edilib. 2.0 mühərrikli versiyada isə buna rast gəlməyəcəksiniz. Oturacağı mexaniki üsulla ayarlamanız lazım olacaq. 6 pilləli avtomat sürətlər qutusunun selektoru ələ rahat oturur. Erqonomikdir. Bütün versiyalarda sürət qutusu 6 pilləli avtomatla tıchiz edilib. ABŞ bazarı üçün nəzərdə tutulan "Sonata"-da isə 2.0 turbo mühərrikdə 240 at gücü nəzərdə tutulub. Həmçinin amerikan "Sonata"sında 8 pilləli avtomat sürətlər qutusu "əyləşir".

Avtomobilin bütün versiyaları üçün opsiyalar siyahısında panorama dam təqdim edilir. Arxa oturacaqların kürəyi yük yerindəki tutqacla qatlanır. 18 düymlu disklərdə "Hyundai Sonata" qəşəng görünür, lakin bir qədər sərtdir. Nahmarlıqlar hiss olunur. Seçirsinizsə 16-lıq və ya 17-ik tövsiyə edə bilərəm. Lakin əyləcə sualım yoxdur. İnformativdir,sürət yavaşıma proqnozlaşdırdığınız kimi baş verəcək.

hyundai7

Bizdə "Sonata" yalnız 2 komplektasiyada təklif edilir. İnformasiya panelində 100 km-ə 8 litr yanacaq sərfiyyatı göründü. Və bu sevindiricidir.

Öncədən dediyim kimi "Kia Optima" və "Camry" əsas rəqibləridir. Yeni "Optima" çoxlu sayda tərif qazanıb. Bu avtomobilərin yenisini hələ test etməmişəm. Amma gərək test edim ki, aralarında olan fərqi sizə göstərim. Düzdür yeni "Passat"ı rəqib saya bilərik, amma bu tam ayrı bir liqadır. Avtomobilin idarəetməsi,sükan və yolu tutması "Passat" səviyyəsindədir. İlkin təəsüratım korporativ avtomobil kimi idealdır. "Sonata" sürüb ondan razı qalanlar, bu avtomobildən də razı qalacaqlar.

Avtomobilin video testini izləyib avtomobillə daha yaxından tanış ola bilərsiniz.