GERİYƏ
Avtofayda 1978

Üçü də sola dönmək istəyir. Bəs qaydanı kim pozur?

Tural Yusifov


Hər üç avtomobilin sürücüsü sola dönmək istıyir. Bəs görəsən onlardan neçəsi qaydaları pozur?

çərşənbə, 02 dekabr 2020

Sizcə burada hansı rəngli nəqliyyat vasitəsi qaydanı pozur?

Qaydalara əsasən sürücü dönməzədən öncə müvafiq kənar zolağı seçməlidir. Amma sol tərəfdə tramvay xətti varsa, bu zaman onu kəsərək sola dönmək laımdır. Tramvay xətti ilə hərəkət etmək olmaz.

Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda, tramvay yollarına çıxmaq qadağandır. Başqa yollarda nəqliyyat vasitələrinin sürücüləri tramvay yaxınlaşarkən, imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar.

Həmçinin, 1.18 nişanlanmasına da diqqət etmək lazımdır. Və zolaqlar üzrə hərəkət nişanlanmasına tabe olmaq lazımdır. Bizim situasiyada sola dönmə sol zolaqdan həyata keçirilməlidir. Ağ rəngli avtomobil tramvay xətti ilə hərəkət edib daha sonra sola dönür. Yaşıl rəngli avtomobil isə 1.18 nişanlanmasını pozaraq sola dönür.

Doğru cavab 3-dür. Ağ və yaşıl rəngli avtomobillərin sürücüləri qaydaları pozurlar.

Yollarda ehtiyyatlı olun!