GERİYƏ
Avtofayda 2856

Yolayrıcının keçilməsi ilə bağlı suala cavab verə bilmədilər.

Tural Yusifov


Hər gün rəsmi Telegram kanalımızda izləyicilərimizin biliklərini yeniləmək üçün yol hərəkəti ilə bağlı sual yerləşdiririk. Bu dəfə yolayrıclarının keçilməsi ilə bağlı sual yerlışdirdik. Çox təəsüf ki, bu suala cəmi 37% izlıyici doğru cavab verdi. Bu sualı birlikdə təhlil edək.

cümə, 19 mart 2021

Qəza baş verərsə, günahkar kimdir?

A) 1

B) 2

C) Hər ikisi

Bura nizamlanan yolayrıcıdır. Deməli, yolda quraşdırılmış üstünlük nişanları qüvvədə deyil. Bir avtomobil sağa, digər isə sola dönür. Hər iki avtomobil eyni zolağa dönürlər. Bir svetoforda əsas seksiya ilə yanaşı əlavə seksiya, digərində isə yalnız əlavə seksiya yanır. Lakin hər iki sürücü əlavə seksiya üzrə dönürlər. Qanunda görə əlavə seksiyadan dönən sürücülər bütün istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidirlər. Hər iki sürücü əlavə seksiyadan döndüyünə görə, burada üstünlük sağdan gələn nəqliyyat vasitəsinə verilir. Eynihüququlu yolların kəsişməsində yol sağdan gələnindir prinsipi ilə yanaşsaq 1 nömrəli avtomobil qəzanın günahkarı hesab ediləcək.

Yollarda ehtiyyatlı olun.