GERİYƏ
Avtofayda 3015

Əlavə seksiyadan geriyə dönmək olar?

Tural Yusifov


Belə baxanda adi nizamlanan yolayrıcıdır. Amma kiçik bir incəlik var ki, bir çoxları ona fikir vermir və qaydaları pozurlar.

bazar günü, 04 aprel 2021

Siz mavi rəngli avtomobilin sükanı arxasındasınız. Qaydaları pozmadan hansı trayektoriya ilə dönmək olar?

A) Yalnız B

B) Yalnız A və B

C) Yalnız B və C

D) İstənilən trayektoriya ilə

 

Bizim qarşımızda nizamlanan yolayrıcıdır. Svetoforun əlavə seksiyası mavi rəngli avtomobilə sola dönməyə icazə verir. Əsas seksiyada qırmızı işıq olduğuna görə düzünə C trayektoriyası ilə hərəkət qadağandır. Sola dönməyə icazə verən nişanlardan geriyə hərəkətə icazə var. Amma qaydalara əssasən sürücü sola və sağa dönməzdən öncə müvafiq kənar zolağı tutmalıdır. Yəni, bu situasiyada yalnız sol kənar zolaqdan geriyə dönmək olar. Nişanlanma xətti olan 1.18 həmin zolaqdan sola dönməyə icazə verir. Beləliklə, mavi rəngli avtomobilin sürücüsü qaydaları pozmadan yalnız B trayektoriyası ilə hərəkət edə bilər.