GERİYƏ
Avtofayda 1752

İndi yalnız bir dəfə cərimə yazılacaq.

Tural Yusifov


"İnzibati xətalar məcəlləsi"-nə edilən dəyişiklik qüvvəyə mindi. Söhbət dayanma və durma qaydasını pozan sürücülərə qarşı tətbiq ediləcək cərimələrdən gedir. Bu dəfə cərimə ayrı cür yazılacaq.

çərşənbə axşamı, 13 aprel 2021

Hamımız bilirik ki, bu gün paytaxtımızda idarə edilməz səviyyədə bir parklanma var. Kim, harada və necə istəyirsə, o formada avtomobilini park edir. Əvvəllər bir nəfər dayanma və durma qaydalarını pozardısa, ona cərimə yazıldıqdan sonra yenə eyni yerdə dayanıbsa, təkrarən cərimə tətbiq edilirdi. Bu İXM-in 9-cu maddəsinə zidd idi:

Maddə 9. Ədalətlilik prinsipi

9.2. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur.

Nəticədə, qüvvəyə miniş qanuna əsasən sürücü bir gün ərzində bir küçədə dayanma və durma qaydalarını pozubsa, ona cərimə yalnız bir dəfə yazıla bilər.  Yəni, bir küçədə dayanma və durma qaydaları pozulursa, orada olan sürücülərə yalnız bir dəfə cərimə yazıla bilər. Həmin sürücü başqa bir yerdə qaydanı pozacaqsa, ona orada da yalnız bir dəfə cərimə yazılacaq. Bu şəhərimizdə dayanma və durma qaydalarının pozulmasına qarşı mübarizədə nə qədər effektiv olacaq onu bizə zaman göstərəcək.


Oxşar mövzuda digər məqalələr