GERİYƏ
Avtofayda 1740

Motosiklet,tramvay,avtomobil. Kim hara gedəcək?

Tural Yusifov


Qarşımızda istiqamətini dəyişən baş yoldur. Nəqliyyat vasitələrinin hərəkət sxeminin ardıcıllığını müəyyən edin. Qaydalar nə deyir?

cümə axşamı, 15 aprel 2021

Motosiklet, tramvay, digər tramvay,avtomobil - hansı ardıcıllıqla hərəkət edəcəklər?

A) Motosiklet, avtomobil, tramvay 1, tramvay 2

B) Tramvay 1, tramvay 2, motosiklet, avtomobil

C) Tramvay 1, avtomobil, motosiklet, tramvay 2

D) Tramvay 1 motosilletlə birlikdə, avtomobil, tramvay 2

Tramvay 2 yolayrıcına ikinci dərəcəli yolla yaxınlaşır. Demək, yolayrıcını sonuncu olaraq keçəcək. Baş yolla hərəkət edən NV-nin arasında ilk keçmə üstünlüyü tramvay 1-ə aiddir.

YHQ 77-ci maddə:

Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir.

Bu cür yolayrıclarında tramvay relssiz nəqliyyat vasitələrinin qarşısında üstünlüyə malikdir. Həmçinin, motosikletçi də, eyni əhəmiyyətli yollarda bu vəziyyətdə üstünlüyə malikdir.

Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir.

Doğru cavab D bəndidir.