GERİYƏ
Avtofayda 2175

Bu yolayrıcını ilk kim keçməlidir? Bu sualın cavabını çox az sürücü bilir.

Tural Yusifov


İki avtomobil eyni anda nizamlanmayan yolayrıcına daxil oldular. Onların qarşısında «Yol ver» nişanı quraşdırlıb. Bir sürücü yolayrıcını düzünə, digəri isə sola dönərək keçmək istəyir. Bəs yol ayrıcını ilk kim keçməlidir?

cümə, 16 aprel 2021

Bu yolayrıcını ilk kim keçməlidir?

A) Ağ avtomobil

B) Yaşıl avtomobil

C) Qarşılıqlı razılaşma ilə

İlk baxışdan hər şey sadədir. YHQ-a əsasən eyniəhəmiyyətli yolların kəsişməsində relssiz nəqliyyat vasitələrinin sürücüsü sağdan və düzünə gələn nəqliyyat vasitəsinə yol verməlidir. Ancaq burada hər iki nəqliyyat vasitsinə "yol ver" nişanı quraşdırılıb. Bu nişan sizi çaşdırmasın. Eyni hal burada da keçərlidir. Eynihüququlu yol sayılır. Sola dönən yaşıl rəngli avtmobilin sürücüsü ağ rəngli avtomobilə yol verməlidir. Doğru cavab A bəndidir.