GERİYƏ
Avtofayda 2134

Bu cür dönmək olarmı? 55% sürücü bunu bilmədi.

Tural Yusifov


Yolun sağ zolağında tıxac var. Yük avtomobili birbaşa sol zolağa dönə bilərmi? Təcili yardım avtomobili bu halda nə etməlidir?

cümə axşamı, 22 aprel 2021

Yük avtomobili ikinci zolağa dönə bilərmi?

A) Olar

B) Təcili yardıma yol verdikdən sonra olar

C) Qadağandır

YHQ-a əsasən sağa dönən zaman mümkün qədər kənar zolaqla hərəkət etmək lazımdır. Bu cür hallarda isə sağ zolağa dönmək mümkün olmadığına görə ikinci zolağa dönmək olar.  Amma yük avtomobili əlavə seksiyadan bu manevri etdiyinə görə bütün istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. Təcili yardım avtomobilinə yol verdikdən sonra bu cür manevri edə bilər.