GERİYƏ
Avtofayda 2678

Buradan necə geriyə dönmək olar?

Tural Yusifov


Sürücülər bir çox hallarda hansı trayektoriya ilə sola və ya geriyə dönmək lazımdır onu bilmirlər. Hələ üstəlik burada qarşıdan gələn avtomobil də manevr edir. Burada necə hərəkət etmək lazımdır?

cümə, 23 aprel 2021

Minik avtomobili hansı trayektoriya ilə dönə bilər?

A) İstənilən

B) Yalnız A

C) Yük avtomobili qarşılıqlı anlaşma ilə yalnız B

D) Qadağandır

Bu cür yolayrıclarında sürücü istənilən trayektoriya ilə manevr edə bilər. Ona görə sürücü istənilən optimal bir trayektoriya seçir. Yük avtomobili ilə hərəkət trayektoriyaları kəsişirsə, bu zaman hərəkət üstünlüyü qanunlarda göstərilmədiyinə görə sürücülər qarşılıqlı razılaşma ilə dönəcəklər.