GERİYƏ
Avtofayda 2129

Bu qəzada günahkar kimdir?

Tural Yusifov


Qırmızı rəngli avtomobilin sürücüsü sağa dönmək istəyir. O, sağa dönmə seksiyasından hərəkətə başlayır. İkinci sürücü də əlavə seksiyadan geriyə dönmək istəyir. Nəticədə qəza baş verir. Günah kimdədir?

cümə axşamı, 29 aprel 2021

Bu qəzada günahkar kimdir?

A) Qırmızı rəngli avtomobilin sürücüsü

B) Yaşıl rəngli avtomobilin sürücüsü

C) Hər ikisi

Hər iki sürücü svetoforun əlavə seksiyası ilə hərəkət edir. Bu o deməkdir ki, hər iki sürücü svetoforun əlavə seksiyasından dönən zaman bütün istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidirlər. Yəni, yaşıl rəngli avtomobilin sürücsü qırmızı rəngli avtomobilə yol verməlidir. Yaşıl rəngli avtomobilin sürücüsü isə qırmızı rəngli avtomobilin sürücüsünə yol verməlidir. Amma burada kiçik bir məqam var. Əgər burada avtomobillərin hərəkətvtrayektoriyası kəsişirsə, eyni əhəmiyyətli yolların kəsişməsində yol sağdan gələn nəqliyyat vasitəsinindir. Yaşıl rəngli avtomobilin sürücüsü yol verməli idi.