GERİYƏ
Avtofayda 1457

Avtomobillər yoxsa tramvaylar?

Tural Yusifov


Siz A avtomobilində yolayrıcına yaxınlaşırsınız. Sola dönmək istəyirsiniz. Yanınızdakı tramvay sağa dönmək istəyir. Digər tərəfdə də sağ tərəfdən tramvay və avtomobil yaxınlaşır. Burada hərəkət ardıcıllığı necə olacaq?

cümə, 30 aprel 2021

Burada hərəkət ardıcıllığı necə olacaq?

A) B, A, hər iki tramvay

B) B, tramvay 2, A, tramvay 1

C) A, B, hər iki tramvay

D) Hər iki tramvay, B, A

Bu yolayrıcı nizamlanmayan yolayrıcı olduğundan üstünlük nişanlarına diqqət etməliyik. Hər iki avtomobil baş yolda hesab edilir. Tramvaylar bu cür yolayrıcında üstünlüyə malikdirlər. Ona görə hər iki tramvay üstünlüyə malikdirlər. Daha sonra onlarla hərəkət trayektlriyası kəsişməyən B maşını hərəkət edir.  Sonuncu hərəkət edən isə A avtomobili olacaq. Yeri gəlmişkən A avtomobilinin etdiyi manevr qayda pozuntusudur.