GERİYƏ
Avtofayda 1130

Siz burada hansı qərarı verərdiniz?

Tural Yusifov


Qaydalar yol ayrıcına istənilən zolaqdan daxil ola bilərsiniz. Amma dairədən sağ zolaqla çıxmaq məcburiyyəti var. Bəzi yolayrıclarında isə bir çıxış olduğu zaman sürücülər bu qaydalardan kənara çıxırlar.

çərşənbə axşamı, 04 may 2021

Siz narıncı rəngli avtomobilin sükanı arxasındasınız. Hamı dairədən çıxanda qaydanı pozur. Bu zaman nə edəcəksiniz?

A) Gəldiyim kimi gedəcəyəm. Çünki üstünlük məndədir

B) Sola dönmə işığını yandırıb dairədə hərəkətimi davam etdirəcəm

C) Dayanıb bütün axını buraxıb daha sonra hərəkətimi davam etdirərəm

D) Öz zolağımla sola doğru hərəkət edərəm. Sola dönmə işığını yandırıb, siqnal verərəm. Mənə yol verildiyinə əmin olduqdan sonra hərəkətimi davam etdirərəm

E) Axınla birlikdə dairədən çıxaram

Qaydalar deyir ki, dairədən başqa nişan və ya işarələnmə yoxdursa, yalnız sağ zolaqla çıxmaq lazımdır.  Ona görə sizə yolayrıcında mane olan avtomobillər öncədən müvafiq istiqamətlənməlidirlər. 

Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdəəvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. 

A variantında deyildiyi kimi üstünlüyə malik olsanız belə gəldiyiniz kimi hərəkət edə bilməyəcəksiniz. Başqa bir məsələ isə siz dairəyə daxil olmaq istəyirsinizsə, ilk olaraq dairədəki nəqliyyat vasitələrini buraxmaq lazımdır.

Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. 

Ona görə dayanıb bütün axını gözləmək lazımdır.