GERİYƏ
Avtofayda 1936

Sağa? Sola? Düz? Yol hərəkəti ilə bağlı çətin sual.

Tural Yusifov


Elə olur ki, bir yolayrıcına yaxınlaşdıqda işarənin sənin hərəkətinə qadağa qoyacağını görürsən. Həm də əlavə nişanlar varsa, onlar səni çaşdırır. İndi gəl bu nişanlardan baş aç.

cümə axşamı, 06 may 2021

Çəkisi 3.5t-a qədər olan yük avtomobili hansı istiqamətdə hərəkət edə bilər?

A) A və C

B) Yalnız B

C) Yalnız minik avtomobilərinə qadağa olduğu üçün bütün istiqamətlərdə hərəkətə icazə var

Burada əsas diqqət edəcəyimiz məqam icazə verilən istiqamətlərdir. «Hərəkət qadağandır» nişanı istənilən nəqliyyat vasitəsinin hərəkətini qadağan edir. Bir məsələni isə yadımızda saxlamalıyıq ki, yalnız marşurut avtobusları bu nişana əməl etməyə bilərlər.

Həmçinin, həmin ərazidə yaşayan və işləyənlər bu nişanın təsir zonasına ən yaxın kəsişmədən daxil ola bilər, 1-ci və 2-ci qrup əlillərin tanınma nişanlı avtomobilləri də bu nişanın qadağasından yan keçə bilərlər. Digər nişanlara diqqət edirik. Sağa və sola işarə edən əlavə məlumat lövhəciyi hara hərəkətin qadağan edildiyinə işarə edir. Bizim situasiyada sağa və sola hərəkət qadağandır. Digər əlavə məlumat lövhəciyinə diqqət edək. Avtomobilin növünü bildirn lavə məlumat lövhəciyini sürücülərimizin bir çoxları düzgün anlamırlar. Bu nişan təkcə minik avtomobillrinə deyil, həm də 3.t -a qədər olan yük avtomobillərinə də aiddir. Burada 3.5 tona qədər olan yük avtomobili olduğu üçün yalnız B istiqamətində hərəkət etməyə icazə var.