GERİYƏ
Avtofayda 2601

Burada qəza baş verərsə, günah kimdədir?

Tural Yusifov


Avtomobilərin hərəkət trayektoriyası kəsişir. Hər bir sürücü əmindir ki, hərəkət üstünlüyü onun tərəfindədir. Qırmızı rəngli avtomobiıin sürücüsü göy rəngli avtomobilə nisbətdə sağ tərəfdədir. Göy rəngli avtomobilin sürücüsü isə hesab edir ki, o, baş yoldadır. Qəza baş verərsə, günah kimdə olacaq?

cümə, 07 may 2021

Burada qəza baş verərsə, günah kimdə olacaq?

A) Göy rəngli avtomobil

B) Qırmızı rəngli avtomobil

C) Hər ikisi

Burada nizamlanan yolayrıcıdır. Sürücülər svetoforun göstərişlərinə əməl etməlidirlər. Göy rəngli avtomobilin sürücüsü eyni əhəmiyyətli yolların kəsişməsində hərəkətə uyğun olaraq qarşıdan və ya sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməlidir. Lakin qarşıdan gələn nəqliyyat vasitəsi yoxdur və bu trayektoriya ilə hərəkətini davam etdirə bilər.  Qırmızı rəngli avtomobilin sürücüsü isə yenə eyni qaydalardan çıxış edərək:

Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. (YHQ 76-cı maddə)

Belə çıxır ki, sağa dönən zaman qırmızı rəngli avtomobilin sürücüsü yol verməli deyil? Burada qırmızı rəngli avtomobilin sürücüsünün hərəkət etdiyi yol sürətlənmə zolağı deyil. Əgər burada sürət zolağı olsaydı müvafiq işarələnmə aparılardı (1.8 nişanlanma xətti). Yəni, burada T şəkilli yolayrıcı yaranır.

yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunlarıəmələ gətirdiyi ərazidir;

Bu avtomobillərin qarşılaşdığı ərazi ayrı bir yolayrıcı hesab edildiyindən, burada svetofor və ya nişanlanma olmadığına görə sağdan yaxınlaşan nəqliyyat vasitəsi üstünlük hüququna malikdir. Göy rəngli avtomobilin sürücüsü yol verməlidir.