GERİYƏ
Avtofayda 1560

Reversiv zolaqdan sola dönmək. Qaydaları yadımıza salırıq.

Tural Yusifov


Bizdə reversiv hərəkət təşkil edilən yollar olmasa da, imtahan suallarına düşən suallardan biri də məhz reersiv hərəkətlərlə bağlıdır. Sizcə burada hara dönmək doğru olardı?

bazar günü, 16 may 2021

Burada hara dönmək doğru olardı?

A) A

B) B 

C) Sola dönmək olmaz

Yolda reversiv zolaq var. Qarşılıqlı hərəkət svetoforları sönülü olduğu üçün oraya daxil olmaq olmaz. Burada  1.9 nişanlanma xətti də var.

 Qarşılıqlı hərəkət svetoforlar olmadıqda və ya söndürülmüş olduqda, 1.9 xətti sürücüdən sağdadırsa, onu kəsib keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforları yanarkən bir istiqamətdə hərəkətə icazə verilən zolaqları bir-birindən ayıran 1.9 nişanlama xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı hərəkət svetoforları söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağ tərəfə yerdəyişmə etməlidir. Qarşılıqlı hərəkət svetoforları söndürülmüş olduqda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır (YHQ 69-cu maddə, 7-ci bənd)

Doğru cavab C bəndidir.