GERİYƏ
Avtofayda 1919

Sadə yolayrıcı. Keçə biləcəksiniz?

Tural Yusifov


Adətən belə yerlərdə sürüclərimiz nişanlara fikir vermirlər. Amma əslində nişanlara diqqət etmək lazımdır.

bazar ertəsi, 17 may 2021

Minik avtomobili nə etməlidir?

A) Ilk olaraq keçəcək

B) Yük avtomobilinə yol verəcək

C) Düzünə gedə bilməz

«Hərəkət qadağandır» nişanı olan əraziyə orada yaşayan və işləyən sürücülər ən yaxın kəsişmədən və ya yolayrıcından daxil olmalıdırlar.

3.2—3.8 — işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar;

Minik avtomobili əslində düz getməməlidir. Lakin burada işləyən svetofor da var. Bu zaman sürücülər üstünlük nişanlarına deyil svetorun işarələrini əsas tutmalıdırlar. Minik avtomobili svetoforun əsas seksiyasından hərəkət edir. Qaydalara əsasən svetoforun əlavə seksiyasından hərəkət edən sürücülər digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidirlər.