GERİYƏ
Avtofayda 1267

Sürücülərdən biri geriyə hərəkət edir. Bu qəzada günahkar kimdir?

Tural Yusifov


Yaşıl rəngli avtomobilin sürücüsü bir tərəfli yola çıxır. Bu zaman geriyə hərəkət edən qara rəngli avtomobillə toqquşur. Bu qəzada günahkar kimdir?

çərşənbə axşamı, 01 iyun 2021

Bu qəzada günahkar kimdir?

A) Yaşıl rəngli avtomobilıin sürücüsü

B) Qara rəngli avtomobilin sürücüsü

C) Hər iki avtomobilin sürücüsü

Bir tərəfli yollarda geriyə hərəkət qadağan deyil. Amma bu yolayrıcına aid deyil. Çox güman ki, qara rəngli avtomobilin sürücüsü bu qaydanı unudub. Baxmayaraq ki, yaşıl rəngli avtomobilin sürücüsündə "yol ver" nişanı var, lakin qara rəngli avtomobilin sürücüsü üstünlük hüququna malik deyil. Doğru cavab B bəndidir.

Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır (YHQ 42-ci maddə).