GERİYƏ
Avtofayda 1128

Reversiv yola çıxış. Sən hansı variantı seçirsən?

Tural Yusifov


Bir çox sürücülər reversiv yollar haqqında bilirlər. Qanunda bunun adı həm də qarşılıqlı hərəkət təşkil edilmiş yollar gedir. Bu cür yolar sıx hərəkət olan yollarda sıxlığı azaltmaq üçün üçün bu və ya digər tərəfə daha çox hərəkət zolağı vermək üçün təşkil edilir. Bizdə belə yollar olmasa da imtahan bu cür suallar düşür.

cümə axşamı, 03 iyun 2021

Sürücü hansı istiqamətdə hərəkət edə bilər?

A) Istənilən istiqamətdə

B) A, B və D

C) B və D

D) Yalnız A

C) Yalnız C

Qarşınızda iki nişan var. Bunlardan biri yol verməyi əmr edən 2.4 nişanıdır. Bu nişan kəsişən yolla hərəkət edən avtomobillərə mane olmamağa göstəriş verir. Bu vəziyyətdə yolda bizdən başqa heç bir nəqliyyat vasitəsi yoxdur. Digər nişan isə qarşılıqlı hərəkətin (reversiv) təşkil olunması ilə ilə bağlı nişandır. Qarşılıqlı hərəkət təşkil edilmiş yollar haqqında YHQ-da deyilir ki: 

Qarşılıqlı hərəkət svetoforlar olmadıqda və ya söndürülmüş olduqda, 1.9 xətti sürücüdən sağdadırsa, onu kəsib keçməyə icazə verilir. 

Sürücü sağa A trayektyoriyası ilə dönə bilməz. Çünki qanunla sürücü sağa və ya sola kənar zolaqla dönməlidir. B istiqamətində isə bu reversiv hərəkət zolağına daxil olmaq hesab ediləcək və bu qadağandır. D istiqaməti də həmçinin qanun pozuntusu olacaq. Sürücü yalnız C istiqamətində hərəkət edə bilər. Doğru cavab C bəndidir.