GERİYƏ
Avtofayda 1215

Geriyə hansı istiqamətdə dönəcəksiniz?

Tural Yusifov


Bir çoxları üçün geriyədpnmə sadə bir manevr hesab edilir. Amma düzgün zolağın seçilməməsi və ya manevrin səhv edilməsi qəza ilə nəticələnə bilər.

cümə, 04 iyun 2021

Hansı istiqamətdə geriyə dönəcəksiniz?

A) Yalnız A

B) Yalnız B

C) İstənilən istiqamətdə

D) Hər biri qadağandır

İlk olaraq xatırladım ki, sola və sağa dönən zaman müvafiq kənar zolaq seçilməlidir. Bununla hər şey aydındır. Yolayrıcında qadağanedici nişan yoxdursa, geriyə dönmək olar. Bu yolayrıcında heç bir nişan olmadığına görə geriyə dönə bilərik.

Biz daha bir qaydaya nəzər salmalıyıq:

Geriyədönmə elə həyata keçirilməlidir ki, əks istiqamətə çıxılmasın

Yolayrıcında istənilən istiqamətdə dönə bilsək də, gərək biz əks istiqamətli yola çıxmayaq.

Bu yolayrıcında iki hərəkət hissəsi var. A istiqamətində getsək əks istiqamətdə olan nəqliyyat vasitəsinin yoluna çıxmış olacayıq. Ona görə yalnız B istiqamətində manevr edə bilərik.