Hal-hazırda sürücülərin bir çoxu Google axtarış sistemində avtomobilinin texniki baxış vaxtını öyrənməyə cəhd edir. İndi sizə avtomobilin texniki baxış vaxtını öyrənmək üçün bir əsas, pulsuz yolunu izah edəcəm. Amma indi ilk olaraq saytımızda texniki baxışla bağlı yazdığımız iki əsas məqaləni oxumağı da tövsiyə edərdim.
➡️ Texniki baxışdan keçməyin əsas sirləri
Beləliklə adımıza qeydiyyatda olan avtomobilin texniki baxış müddətini necə rahat formada öyrənə bilərik. İlk olaraq MyGov saytında daxil oluruq. Əgər qeydiyyatımız yoxdursa, SİMA, ASAN imza və alternativ üsullarla qeydiyyatdan keçirik. Açılan pəncərədə MƏLUMATLARIMbölməsinə keçid edirik.

Orada NƏQLİYYAT MƏLUMATLARIM bölməsinə keçid edərək, adımızda qeydiyyatda olan avtomobilin nömrəsini görəcəyik. Oraya keçid edirik.

Ən son hissədə avtomobilimizi nə zaman texniki baxışdan keçirməliyik o məlumatı görmüş olacayıq. Xatırladım ki, hər kəs yalnız onun adında olan avtomobilin texniki baxış müddətini görə bilər.
Yenilənib: 29 Avqust 2024 · Mənbə: AvtoStop redaksiyası



