
Telefonla DYP-ə çağırıla bilərsinizmi? Yol Polisi sizi idarəyə çağırırsa, nələri bilməlisiniz?
Təsəvvür edin: Sıradan bir iş günüdür, sükan arxasındasınız və qəfil telefonunuza naməlum nömrədən zəng gəlir. Qarşı tərəfdəki səs özünü təqdim edir: "Salam, Dövlət Yol Polisi İdarəsindən zəng edirik. Kamera görüntülərində sizin avtobus zolağına daxil olduğunuz müəyyən edilib. Zəhmət olmasa, izahat vermək üçün idarəyə yaxınlaşın."
Avtomobilin buferini dəyişdirmək qayda pozuntusudurmu?
Azərbaycan avtomobil bazarında geniş yayılmış bir sual var: Toyota Land Cruiser Prado 2012 modelinizin üzərinə 2014 facelift versiyasının ön bufferini quraşdırmaq qayda pozuntusudurmu? Bu sual sosial mediada tez-tez müzakirə olunur, hətta bir çox sürücü bu dəyişikliyi etməkdən çəkinir. Gəlin qanunvericiliyi birlikdə araşdıraq

Ödədiyiniz cərimənin geri qaytarılma qaydası
Azərbaycan Respublikasında 2025-ci ilin avqustuna qədər inzibati cərimələrin qaytarılması üçün heç bir vahid, kodifikasiya edilmiş prosedur mövcud olmayıb. İnzibati Xətalar Məcəlləsinə (İXM) 150.17-ci maddənin əlavə edilməsi və 2026-cı il martın 11-də Nazirlər Kabinetinin "İnzibati cərimələrin qaytarılması Qaydası"nı təsdiqləməsi Azərbaycan inzibati hüququnda bu sahədəki əsas boşluğu ilk dəfə dolduran qanunvericilik aktlarıdır.

Səhv ödənilmiş cəriməni necə geri alım?
Bildiyiniz kimi yeni qaydalara əsasən səhv yazılmış, səhv ödənilmiş, artıq yazılmış cərimələrin geri qaytarılma qaydası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib. Və müraciət etmək müddəti 5 ildir. Bəs qərara qədər 5 ili tamamlanmamış cərimələrdən müraciət etmək olarmı?

Avtomobilin çıxdaş edilmə qaydası
Əgər sizin avtomobiliniz məhv olubsa, ehtiyyat hissələrinə bölüşünüb satılıbsa, onu adınıza qeydiyyatdan çıxartmalısınız. Bu bir neçə kiçik addım tələb edir.

Mopedlərə sürücülük vəsiqəsi və qeydiyyat
Azərbaycan Respublikasında “Yol hərəkəti haqqında” Qanuna edilən son dəyişikliklər mopedlərin hüquqi statusunu yenidən müəyyənləşdirir. Əgər əvvəllər moped praktiki və hüquqi baxımdan velosipedə yaxın vasitə kimi qəbul olunurdusa, yeni düzəlişlə bu yanaşma dəyişir.
