Manşet · AvtofaydaAvtomobilin lizinqdən azad olunması qaydası
Avtomobili lizing yolu ilə əldə etmək sərfəli olsa da, sonuncu ödənişdən sonra mülkiyyət hüququnun rəsmiləşdirilməsi mərhələsi başlayır. Bir çox sürücü lizing müqaviləsi bitdikdə avtomobilin üzərindən "həbsin (məhdudiyyətin) götürülməsi" ifadəsini işlətsə də, hüquqi baxımdan lizingdə olan avtomobilin üzərində heç bir həbs olmur.

