İnzibati Xətalar Məcəlləsində deyilir: “126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.”
Bəs inzibati protokoldan internetlə necə şikayət edə bilərik?
Bunun üçün bir neçə resurs var. Epolis, Asanpay, E-muraciet.mia.gov.az
Gəlin, biz Epolis üzərindən necə protokoldan şikayət etmək olar onu izah edək. Xatırladım ki, müraciət forması düzgün olduğu təqdirdə sizin müraciıətinizə cavab verilməsi daha tez və qane edici olur.

İlk məsələ ana səhifədə olan Cərimələrim və Elektron müraciətlər bölməsini qarışdırmamaq lazımdır. Əgər biz məhz inzibati protokoldan şikayət ediriksə, Cərimələrim bölməsini seçib oradan şikayətimizi göndəririk. Yox, əgər biz polis əməkdaşlarının hərıəkətindən və ya hərəkətsizliyindən şikayət ediriksə, o zaman elektron müraciəti seçirik.

Müraciətə yazdıqda “Narazıyam”, “şikayət edirəm”, “ protokol doğru yazılmayıb” kimi abstrakt, naməlum mətnlərdən istiifadə etməyin. Müraciətinizi 1500 simvola sığışdıracaq şəkildə əsaslandırlmış formada yazın.

Protokolun yazıldığı ünvan, əməkdaş haqqında məlumatlarıl dəqiqi yazın və göndərin.
Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir.
Bəs şikayət verildikdən sonra ona baxılma müddəti nə qədərdir?
“131.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır”.
Yəni, sizə yazılmış inzibati protokoldan sonra əgər şikayəti doğru formada etmisinizsə sizə 10 gün ərzində müraciətəı baxıldığı haqqında məlumat verilməlidir.
Bu cür forma həm epolis, həm e-muraciət, həm də asanpay-da da keçərlidir. İnzibati portokoldan doğru formada, düzgün əsaslandırılmış şəkildə şikayət verdikdə, əgər siz haqlısınızsa, o zaman inzibati portokol ləğv edilir.
Yenilənib: 07 Yanvar 2026 · Mənbə: AvtoStop redaksiyası



