Amma reallıq budur ki, Azərbaycanda 1,4 milyon avtomobil var, lakin əhalinin böyük bir hissəsi şəxsi avtomobilə sahib deyil və ictimai nəqliyyatdan istifadə edir. Bu insanların rahat və vaxtında daşınması üçün avtobus zolaqları həyati əhəmiyyət daşıyır.
Avtobus zolaqları niyə vacibdir?
İctimai nəqliyyatın daha sürətli hərəkəti və sərnişinlərin vaxtında dayanacaqlara çatması üçün avtobuslara xüsusi zolaqlar ayrılır. Bir avtobusun 30-50 nəfər sərnişin daşıdığını nəzərə alsaq, bu zolaqlar tıxacların azaldılmasında da əhəmiyyətli rol oynayır.
Bu zolaqlar vasitəsilə:
-
İctimai nəqliyyat daha cəlbedici hala gəlir.
-
Şəxsi avtomobillərdən istifadənin azalması ilə tıxaclar yüngülləşir.
-
Yol təhlükəsizliyi artır və sərnişinlər daha rahat səyahət edirlər.
Qeyd edək ki, bəzi hallarda avtobus zolaqları velosipedçilərin də istifadəsi üçün açıq ola bilər. Əgər yolun sağ kənarında velosiped zolağı yaratmaq mümkün deyilsə, bu zolaqlardan velosipedçilər də istifadə edə bilər.
Minik avtomobilləri avtobus zolağına nə zaman daxil ola bilər?
Yol Hərəkəti Qaydalarına uyğun olaraq:
- Qırıq-qırıq xəttlə ayrılmış zolaqlar: Dönüş etmək üçün bu hissədən avtobus zolağına keçmək mümkündür.
- Bütöv xəttlə ayrılmış zolaqlar: Yolayrıcından sağa dönərkən və ya həyətə giriş-çıxış zamanı istifadə edilə bilər.
- Həyət və keçid zonaları: Həyətə giriş və çıxışda avtobus zolağına daxil olmaq olar, lakin bu zaman ictimai nəqliyyatın hərəkətinə maneçilik törətmək qəti qadağandır.
- Bir tərəfli yollarda: Əgər sağ zolaq avtobuslar üçün ayrılıbsa, bu istiqamətə dönmək qadağandır.
Qaydalar və qadağalar
- Avtobus zolağında hərəkət və dayanmaq qəti qadağandır.
- Sərnişinlərin minməsi və düşməsi üçün bu zolaqlardan istifadə etmək mümkündür, lakin ictimai nəqliyyatın hərəkətinə mane olmamaq şərtilə.
Avtobus zolaqları yalnız avtobus sürücüləri və sərnişinlər üçün deyil, bütün şəhər üçün faydalıdır. Onlar nəqliyyat axınını səmərəli edir, tıxacları azaldır və daha təhlükəsiz hərəkət mühiti yaradır. Avtobus zolaqlarının düzgün istifadəsi isə həm şəhər sakinləri, həm də sürücülər üçün faydalı nəticələrə gətirib çıxarır.
Yenilənib: 16 Noyabr 2024 · Mənbə: AvtoStop redaksiyası



