Bu situasiya bu cür manevr edən sürücüləri yəqin ki, çoxumuz ya görmüşük, ya da eynisini etmişik. İndi əsas məsələ:

Bu cür manevr etmək olarmı ?

A) Olar

B) Olmaz

Kəsişməni keçdikdən sonra yalnız düzünə egtməyi əmri verən məcburi hərəkət nişanı artıq qüvvədə deyil. Lakin "Giriş qadağandır" nişanının təsir dairəsinə daxil olmaq təhlükəsi var. Və qırmızı rəngli avtomobilin sürücüsü də bu təhlükəsni sezmir və düşünür ki, bu nişanın təsir dairəsinə avtomobili arxa-arxaya verərək daxil olmaq olar.

"Giriş qadağandır" nişanın təsir dairəsinə avtomobili arxa-arxaya verərək də daxil olmaq qadağandır. Bu cür manevr qadağandır.

Avtromobili düzgün qaydaları pozmadan arxaya hərəkət etdirmək barədə bu məqalədən oxuya bilərsiniz.

Yenilənib: 08 May 2025 · Mənbə: AvtoStop redaksiyası